Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya-Azərbaycan əlaqələrinin perspektivi müzakirə olundu

© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsiAzərbaycan Prezidenti İlham Əliyevin Rusiyalı həmkarı ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyalı həmkarı ilə görüşü olub - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə telefonla zəng edib

BAKI, 7 may — Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. 

Sputnik Azərbaycan prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı Vladimir Putini Rusiya Federasiyasının prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə fəaliyyətində yeni uğurlar arzulayıb. İlham Əliyev, eyni zamanda Rusiya Prezidentinə qarşıdan gələn 9 May — Qələbə günü münasibətilə də təbriklərini çatdırıb. 

Prezident Vladimir Putin təbrikə və göstərilən diqqətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib və öz növbəsində dövlətimizin başçısını qarşıdan gələn 9 May — Qələbə günü münasibətilə təbrik edib. Prezident İlham Əliyev təbrikə görə təşəkkür edib. 

Söhbət zamanı dövlət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələrinin uğurlu inkişafını qeyd edib, ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti
0