Milli Məclis

Milli Məclis yenidən mühüm məsələlər üçün toplandı

90
(Yenilənib 12:23 04.05.2018)
İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənəcək

BAKI, 4 may — Sputnik. Milli Məclisin növbəti plenar iclası başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 23 məsələ daxil edilib.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənəcək, "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya qanununda dəyişikliyə baxılacaq.

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

"Torpaq islahatı haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında", "Müəllif hüququ və əlaqəli hüquqlar haqqında", "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında", "Mədəniyyət haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

"Kütləvi informasiya vasitələri haqqında", "Məlumat toplularının hüquqi qorunması haqqında", "Memarlıq fəaliyyəti haqqında", "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında", "Mühasibat uçotu haqqında", "Sosial sığorta haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.

90
Teqlər:
məsələ, gündəlik, plenar iclas, Milli Məclis, müzakirə
Əlaqədar
Milli Məclis bayraq, gerb və himn barədə qərar qəbul etdi
Prezidentdən Milli Məclisə mühüm təklif
Milli Məclis bir sıra dəyişiklikləri müzakirəyə çıxardı
Kredit problemi Milli Məclisin gündəmində: İmkansız vətəndaşlara güzəşt edilsin

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

9
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

9

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev