Daha bir yolda hərəkət məhdudlaşdırıldı

© Sputnik / Anar MustafayevЗапрещающий знак дорожного движения и красный свет светофора, фото из архива
Запрещающий знак дорожного движения и красный свет светофора, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

BAKI, 3 may — Sputnik. Bu gün Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətinə qismən məhdudiyyət qoyulacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları və Bakı Nəqliyyat Agentliyinin birgə məlumatında deyilir.

Beşmərtəbə dairəsində bağlanmış yol - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sürücülərin nəzərinə: Bu yol bağlanır, ora girməyin

Bildirilir ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Ziya Bünyadov prospektinin "Çermet körpüsü"dən "20 Yanvar dairəsi"nədək olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 3 may 2018-ci il tarixində axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq. Tam məhdudlaşdırma prospektin həmin hissələrində olankörpü və tunellərdə tətbiq olunacaq. Bu zaman hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. (Prospekt bağlı olmayacaq).

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti
0