Əhalinin sabaha gözlədiyi xəbər açıqlandı

CC0 / Pexels / RainДождь, фото из архива
Дождь, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturunun gecə 9-14, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir

BAKI, 3 may — Sputnik. Sabaha gözlənilən hava məlumatı açıqlanıb. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən,  yağmursuz keçəcəyi gözlənilir. 

Сквер на проспекте Гусейна Джавида в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mayda bizi gözləyən hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 22-27, Bakıda gecə 12-14, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0