CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Karvan” təbiətə qənim kəsilib

© Photo : ETSN mətbuat xidmətiKəsilmiş ağaclar
Kəsilmiş ağaclar - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub

BAKI, 2 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağac kəsintisi ilə bağlı toplanmış materialları Baş Prokurorluğa göndərib.

Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Qəbələ rayonu Nic qəsəbəsində yerləşən "Karvan" istirahət mərkəzinin ərazisində yaşköküstə 12-28 sm diametrdə 35 ədəd qovaq ağacının kəsildiyi və təbiətə 5810 manat ziyan vurulduğu aşkar edilib.

Araşdırma zamanı ağacların "Karvan" istirahət mərkəzinin icarəçisi Elşən Məmmədov tərəfindən kəsildiyi müəyyənləşdirilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Xəbər lenti
0