Silah

Rusiyada həmyerlisini öldürən azərbaycanlı həbs edilib

416
(Yenilənib 21:51 02.05.2018)
İstintaq zamanı məlum olub ki, öldürülən və saxlanılan şəxs "qanuni oğru" Nadir Səlifovun ("Lotu Quli") cinayətkar qrupunun üzvüdür

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 2 may — Sputnik. Sankt Peterburq hüquq mühafizə orqanları azərbaycanlı cinayətkar dəstənin üzvü, 32 yaşlı Fizuli Qarayevi öldürən şübhəlini saxlayıb. Sputnik Azərbaycan "fontanka.ru" saytına istinadla xəbər verir ki, hadisə mayın 1-də, yerli vaxtla 19.30 da baş verib.

Belə ki, Lomonosov küçəsində binaların birinin həyətində cinayətkar 32 yaşlı azərbaycanlı Fizuli Qarayevə baş nahiyəsindən Makaraov tipli tapança ilə 5 dəfə atəş açıb.

Hüquq mühafizə orqanlarının əməkdaşları cinayətkar, 46 yaşlı Azərbaycan vətəndaşı Mahir Məmmədovu saxlayıb. Məmmədovu "Soyuz Peçatnikov" küçəsində 29 saylı evdə tutublar.

Hüquq mühafizə orqanlarının əməkdaşları onu şkafda gizlənmiş halda tapıblar.

İstintaq zamanı məlum olub ki, öldürülən və saxlanılan şəxs "qanuni oğru" Nadir Səlifovun ("Lotu Quli") cinayətkar qrupunun üzvüdür. Rusiyanın qanun keşikçiləri onu ən aqressiv oğru adlandırırlar.

Münaqişənin iştirakçıları Azərbaycanlı iş adamlarından xərac yığılmasına cavabdehlik daşıyırmış. Onlar, eyni zamanda Apraksin həyətindəki bazarın ticarətçilərini də idarə edirmişlər.

Məlumata görə, "Apraksin həyəti"-ndə azərbaycanlılar, ermənilər və əfqanlar liderlik edirlər. Eyni zamanda orada digər millətlərin nümayəndələri də yaşayır və alver edir. Bazarda tez-tez oğurluq və hətta qətl hadisələri də baş verir.

İlkin məlumata görə, Məmmədovun cinayəti törətməsinə Səlifovun onun yerinə Qarayevi təyin etməsi səbəb olub. "Loti Quli"nin Məmmədova qarşı olan inamı itib və azərbaycanlı iş adamlarından xəracın yığılmasını Qarayevə həvalə edib.

416
Teqlər:
Fizuli Qarayev, Nadir Səlifov, "Lotu Quli", qanuni oğru, Rusiya
Əlaqədar
"Lotu Quli"nin yaxın adamı Ağstafada tutuldu
"Lotu Quli"ni söyən avtoritetin arvadı öldürüldü
"Lotu Quli"nin "öldürdüyü" çeçenlə bağlı həqiqət üzə çıxdı
Şeyx Həmzət və "Lotu Quli" qarşıdurması milli münaqişəyə çevrilə bilərmi?
"Lotu Quli" beynəlxalq axtarışa verildi
"Lotu Quli" klanı Rusiya bazarlarına nəzarəti itirir
Cenevrə, arxiv şəkli

Azərbaycan Ermənistanın XİN rəhbərlərinin görüşü təxirə salındı

4
ATƏT-in Minsk qrupunun həmsədrlərinin də iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü cümə günü İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanın bu günə planlaşdırılan görüşü təxirə salınıb. Sputnik Azərbaycan xəbər verir ki. Bunu adı çəkilməyən mənbə RİA Novosti-yə deyib.

Mənbə bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin də iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü cümə günü İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

4

Əli Əsədov Türkiyənin vitse-prezidentinə məktub göndərib

0
Azərbaycanla Türkiyənin bütün məsələlərdə bir-birini dəstəkləməsinin, bir-birinin yanında olmasının iki ölkənin əsrlərin sınağından çıxmış qardaşlığının və müttəfiqliyinin bariz şəkildə ifadəsi olduğu vurğulanıb

BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş Nazir Əli Əsədov Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Fuat Oktayı və qardaş türk xalqını təbrik edib.

Baş Nazir, həmçinin məktubunda Türkiyənin Vitse-prezidentini Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı ilə əlaqədar son hadisələr barədə məlumatlandırıb. Ermənistanın Azərbaycana qarşı vəhşiliklərini və hərbi cinayətlərini pislədiyinə, Azərbaycanın haqq işini dəstəklədiyinə görə Türkiyə Respublikasının rəhbərliyinə və bütün qardaş türk xalqına bir daha dərin təşəkkürünü bildirib.

Azərbaycanla Türkiyənin bütün məsələlərdə bir-birini dəstəkləməsinin, bir-birinin yanında olmasının iki ölkənin əsrlərin sınağından çıxmış qardaşlığının və müttəfiqliyinin bariz şəkildə ifadəsi olduğu vurğulanıb.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə