Pul, qandal

Mühafizəçi əcnəbilərin "arzusunu gözündə qoydu"

62
(Yenilənib 13:08 02.05.2018)
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir

BAKI, 2 may — Sputnik. Bakıda bankda 18900 saxta ABŞ dolları dəyişmək istəyən Çin və Rusiya vətəndaşları saxlanılıblar. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu Şərifzadə küçəsində yerləşən banklardan birinin filialında 3 əcnəbi ölkə vətəndaşı külli miqdarda saxta ABŞ dolları dəyişməyə cəhd göstərib. Onların bu niyyətlərinin qarşısı bankda xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən alınıb. Qısa zaman kəsiyində hadisə yerinə cəlb edilən idarənin tutucu qrupunun əməkdaşları həmin şəxsləri saxlayaraq aidiyyəti üzrə Polis İdarəsinə təhvil veriliblər.

Araşdırma aparılan zaman saxlanılan şəxslərin Çin Xalq Respublikasının vətəndaşları Chen Meng Lin, Lin Zhi Fanq və Rusiya Federasiyası vətəndaşı Məhəmmədrəsul Rəsulov olduğu müəyyənləşib. Saxlanılan şəxslərdən ümumilikdə 18900 saxta ABŞ dolları müəyyən edilərək maddi sübut kimi götürülüb. İlkin ifadələrində həmin şəxslər saxta əskinasları satmaq, həmçinin paytaxt ərazisində yerləşən ticarət mərkəzlərində istifadə etmək niyyəti ilə ölkə ərazisinə gətirdiklərini etiraf ediblər.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

62
Teqlər:
əcnəbi, ABŞ dolları, Çin, bank, saxta
Əlaqədar
Biləsuvarda əməliyyat: Keşikçilərimiz "Pusqu"dan çıxdı, 5 əcnəbi yaxalandı
Azərbaycanda 3 şübhəli əcnəbi tutulub
Azərbaycanda əcnəbi turistlər üçün xüsusi kampaniya təşkil olunacaq
Tailandda əcnəbi seks-treninq təlimçiləri həbs edilib
Azərbaycana 800 minə yaxın əcnəbi müraciət edib
Kim daha çox xərcləyir: Buradakı əcnəbi, yoxsa xaricdəki azərbaycanlı?
İlyas Hüseynov

Politoloq: “Ermənistan tərəfinə şərtlər irəli sürülüb”

5
(Yenilənib 14:39 20.09.2021)
Politoloq İlyas Hüseynov bildirib ki, əgər bölgənin gələcəyindən söhbət gedirsə, liderlərin təmas qurması mühim xarakter daşıyır
İlyas Hüseynov: “Türkiyə prezidenti ilə Paşinyan arasında görüş keçirilə bilər”

Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Politoloq İlyas Hüseynov Türkiyə prezidentinin fikirlərini Sputnik Azərbaycan-a şərh edib. Politoloq bildirib ki, Zəngəzur dəhlizinin açılması həm də Ermənistanla Türkiyə arasında əlaqələrin bərpasını təmin etmiş olacaq: “Dəhlizin açılması iqtisadi fəallığı artırmaqla bölgədə sülhün davamlılığının təmin edilməsinə yönəlib. Təəssüf ki, Ermənistan tərəfi dəhlizin açılmasına tələsmir. Bununla da imzalanmış üçtərəfli bəyanatın tətbiqini çətin vəziyyətdə qoyur. Ola bilsin ki, Türkiyə prezidenti ilə Paşinyan arasında görüş keçirilsin. Əgər bölgənin gələcəyindən söhbət gedirsə, liderlərin təmas qurması mühim xarakter daşıyır. Sərhədlərin açılması məsələsinə yenidən baxıla bilər, ancaq bunun  üçün Ermənistan tərəfinə şərtlər də irəli sürülüb. Hazırda Ermənistan tərəfindən hansısa konstruktiv addımların atılmasını görmürük”.

İlyas Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

5
Bakı Beynəlxalq Avtovağzalı, arxiv şəkli

Dövlət Xidməti gücləndirilmiş rejiminə keçdi

3
Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 72 istiqamət üzrə 643 avtobus çıxır. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq bu rəqəm iki dəfə artırılacaq.

 

BAKI, 20 sentyabr — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX), eyni zamanda Bakı Beynəlxalq Avtovağzal Kompleksi və respublikanın 56 avtovağzal və avtostansiyası da daxil olmaqla yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Sputnik Azərbaycan-a DANX-dan bildirilib.

Məlumatda deyilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, mayın 31-dən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa olunsa da, tədris müəssisələrinin fəaliyyətinin pandemiya ilə əlaqədar məhdudlaşdırılması səbəbilə məhdud sayda avtobuslarla xidmət göstərilirdi. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq həm Bakıdan regionlara, həm də regionlardan paytaxta axının çox olacağı nəzərə alınaraq avtobusların sayının artırılması qərara alınıb. Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 72 istiqamət üzrə 643 avtobus çıxır. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq bu rəqəm iki dəfə artırılacaq. Tədris ilinin başlanması ilə əlaqədar olaraq Gəncə, Lənkəran, Şirvan, Şəki, Qax, Zaqatala, Quba istiqamətindən paytaxta axının olacağına ehtimal verərək bu istiqamətdə avtobusların sayında artım daha çox olacaq. Digər istiqamətlərdən paytaxta gələn avtobusların sayı isə axına uyğunlaşdırılacaq. Xüsusilə vurğulayaq ki, ali məktəblərin açılması ilə əlaqədar olaraq daha çox sərnişin axınının paytaxta olacağı güman edilir. Paytaxtdan sonra regionun ikinci ən böyük şəhəri olan Gəncəyə sərnişin axınında sıxlıq müşahidə olunacağı ehtimal edilir. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, heç bir avtovağzalda sərnişinlərdən COVID-19 pasportu tələb olunmur. Lakin avtobusa daxil olarkən, COVID-19-un ilkin əlamətlərinin yoxlanmasına dair tədbirlər həyata keçriləcək.

Paytaxtdan regionlara və əks istiqamətdə gecə reysləri aktivdir. Gecə reysləri üzrə Qırmızı körpü, Şəki, Gəncə, Zaqatala istiqamətlərinə və əks istiqamətə səfər etmək olar.

Həmçinin oxuyun:

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir

Ölkənin bütün avtovağzalları gücləndirilmiş rejimə keçir

3