Ermənistan paytaxtı İrəvanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Ədliyyə Nazirliyinə girişi məhdudlaşdırıb

Yerevanda bunu da etdilər - 4 saata ölkənin taleyi həll olunacaq

1625
(Yenilənib 13:28 02.05.2018)
Hazırda nümayişçilər nazirliklərin binaları qarşısında oturaq aksiya keçirirlər

Bakı, 2 may — Sputnik. Ermənistan paytaxtı Yerevanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Ədliyyə, Mədəniyyət və Təhsil Nazirliklərinə girişi məhdudlaşdırıb. Sputnik Ermənistan xəbər verir ki, Ermənistan polisinin rəisi Valeriy Osipyan nümayişçiləri əraziyə girişi bərpa etməyə çağırıb.

"Bu artıqdır. Onlar avtomobillərlə nazirliklərin binalarına girişi bağlayır. Burada isə maşınlar üçün yol yoxdur. Bizə artıq nazirliklərdən şikayətlər daxil olur", — deyə Osipyan qeyd edib. 

Hazırda nümayişçilər nazirliklərin binaları qarşısında oturaq aksiya keçirirlər. Polis onları ərazidən uzaqlaşdırmağa çalışır.

Etirazçıların yanında olan Nikol Paşinyan isə jurnalistlərə açıqlamasında özünün və tərəfdarlarının hadisələrin istənilən ssenari və inkişafına hazır olduğunu bildirib. 

Ermənistan parlamentinin bu günə planlaşdırılan iclası da təxirə salınıb. Belə ki, iclasa cəmi 27 deputat qatılıb və iclas kvorumun olmamasına görə yarımçıq qalıb.

Qeyd edək ki, Ermənistan parlamentində kvorum üçün ən azı 53 deputatın iclasda iştirak etməlidir.

  • Ermənistan paytaxtı İrəvanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Təhsil Nazirliyinə girişi məhdudlaşdırıb
    Ermənistan paytaxtı İrəvanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Təhsil Nazirliyinə girişi məhdudlaşdırıb
    © Sputnik / Ashot Safaryan
  • Ermənistan paytaxtı İrəvanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Təhsil Nazirliyinə girişi məhdudlaşdırıb
    Ermənistan paytaxtı İrəvanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Təhsil Nazirliyinə girişi məhdudlaşdırıb
    © Sputnik / Ashot Safaryan
  • Ermənistan paytaxtı İrəvanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Ədliyyə Nazirliyinə girişi məhdudlaşdırıb
    Ermənistan paytaxtı İrəvanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Ədliyyə Nazirliyinə girişi məhdudlaşdırıb
    © Sputnik / Ashot Safaryan
1 / 3
© Sputnik / Ashot Safaryan
Ermənistan paytaxtı İrəvanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Təhsil Nazirliyinə girişi məhdudlaşdırıb

Spiker Ara Babloyan qeyd edib ki, parlamentin reqlamentinə əsasən, dörd saat gözləmək lazımdır. Əgər deputatlar gəlməsə, iclas baş tutmayacaq.

Bu arada Avropa İttifaqı (Aİ) Avropa İttifaqı Ermənistandakı tərəfləri demokratik yolla yeni bir hökumət formalaşdırmaq üçün dialoqa çağırıb.

Aİ-nın rəsmi nümayəndəsi Maya Koçiyançiç bütün maraqlı tərəfləri danışıqlar masasına oturmağa çağırıb: "Bütün Ermənistan vətəndaşlarının maraqlarını əks etdirən və Konstitusiyaya əsaslanan yeni bir hökumətin demokratik şəkildə qurulmasına dair geniş bir dialoq başladılmalıdır".

Bu arada Rusiyanın Ermənistandakı səfirliyi də bu ölkədə olan vətəndaşlarına da İrəvanda bu gün keçiriləcək aksiyalar barədə xəbərdarlıq edib.

1625
Teqlər:
Nikol Paşinyan, nümayiş, nazirlik, Ermənistan, parlament, aksiya
Əlaqədar
Paşinyan baş nazir ola bilmədi: Əhali Yerevan küçələrində
Ermənistanın iqtidar partiyası Paşinyan barədə qərar qəbul etdi
Hakim partiyanın nümayəndəsi: "Paşinyan bizi inandıra bilmədi"
"Əminəm ki, Paşinyan baş nazir ola bilməz"
Paşinyan parlamentdə: "Sarqsyan və Koçaryan deputatları qorxudur"
Paşinyan Azərbaycanı hədələyir: “İlk işimiz ordunu gücləndirmək olacaq"

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

44
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

44
Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub

9
Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

BAKI, 18 may - Sputnik, Rahim Muradov. Lənkəranda avtomobil piyadanı vurub. Sputnik Azərbaycan-ın məlumatına əsasən, hadisə rayonun Şağlaser kəndi ərazisində baş verib.

Gecə saatlarında adı hələlik məlum olmayan Masalli rayonu Alvadı kənd sakini idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə Şağlaser kənd sakini 57 yaşlı Ağaziyad Əliyevi vurub. Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Ağaziyad Əliyevin meyiti aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

9