Dövlət İmtahan Mərkəzinin binası

Dövlət qulluğunda çalışmaq istəyənlərə önəmli xəbər

114
(Yenilənib 10:45 02.05.2018)
DİM tərəfindən keçirilən imtahanda, ümumilikdə, 47 ali təhsil müəssisəsinin məzunları iştirak ediblər

BAKI, 2 may — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbulla bağlı müsabiqənin 22.04.2018-ci il tarixində keçirilmiş test imtahanında iştirak üçün qeydiyyatdan keçmiş şəxslərin bitirdikləri ali təhsil müəssisələri və təhsil səviyyələri üzrə statistik məlumatları təqdim edib. Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib.

Bildirilib ki, DİM tərəfindən keçirilən imtahanda, ümumilikdə, 47 ali təhsil müəssisəsinin məzunları iştirak ediblər. 

İmtahanda daha çox Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Dövlət Universitetinin məzunları iştirak ediblər. Azərbaycan Dövlət İqtisad Universitetinin 319 məzunundan 137 nəfər (42.9%), Bakı Dövlət Universitetinin 273 məzunundan 145 nəfər (53.1%) imtahandan uğurla keçmişdir. BDU-nun uğur əldə etmiş məzunlarından 34 nəfərinin, ADİU-nun uğur qazanan məzunlarından isə 66 nəfərinin magistr təhsili vardır.

İmtahanda Azərbaycan Turizm İnstitunun məzunlarının 73.3%-i müvəffəqiyyət əldə edib. Turizm İnstitunun 15 məzunundan 11 nəfər sertifikat almaq üçün tələb olunan balı toplamışdır. Azərbaycan Dövlət Neft Akademiyası məzunlarının 56.1%-i, Bakı Dövlət Universitetinin məzunlarının 53.1%-i, Azərbaycan Dövlət Aqrar Universiteti məzunlarının 52.9%-i, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 50.9%-i, Sumqayıt Dövlət Universitetinin məzunlarının 50%-i imtahandan uğurla keçmişdir.

Dövlət qulluğuna qəbul imtahanının test imtahanı mərhələsindən qeydiyyatdan keçmiş namizədlərdən 1059 nəfər yalnız bakalavr təhsillidir. Onlardan 457 nəfər uğur qazanıb. Magistr təhsili olan 431 nəfərdən isə 201 nəfər imtahanda uğur qazanıb.

Məzunlarının sayı az olan ali təhsil müəssisələri üzrə göstəricilər statistik xəta çərçivəsindədir.

10-dan az məzunu olan ali təhsil müəssisələrinin sayı 21-dir. Bu ali təhsil müəssiələrinin 104 məzunu imtahanda iştirak etmiş və onlardan yalnız 35 nəfər uğur qazanmışdır. Bu isə ümumilikdə imtahandan keçənlərin 5.3%-ni təşkil edir.

Fəaliyyəti dayandırılmış ali təhsil müəssisələrinin sayı isə 7-dir. Bu ali təhsil müəssisələrinin məzunlarından cəmi 12 nəfər (o cümlədən 5 nəfər Qafqaz Universiteti məzunu) imtahandan keçib.

114
Teqlər:
dövlət qulluğu, Dövlət İmtahan Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti
Əlaqədar
Bu gün Dövlət İmtahan Mərkəzi sınaq imtahanları keçirir
Dövlət İmtahan Mərkəzi vətəndaşları xəbərdar edir
Dövlət İmtahan Mərkəzi magistrlər üçün şans yaradır
Dövlət İmtahan Mərkəzi xəbərdarlıq etdi
Baş Prokurorluq

Baş Prokurorluq əhaliyə müraciət etdi - səbirli olun

4
(Yenilənib 16:15 30.11.2020)
Prokurorluq işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir

BAKI, 30 noyabr — Sputnik. Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.

4
Teqlər:
Qarabag, Baş Prokurorluq, əhali, çağırış, təhlükə, mina, işğaldan azad edilmiş ərazilər

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

154
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

154