Nikol Paşinyan

Paşinyandan Ermənistanla bağlı ilginc açıqlamalar

270
(Yenilənib 13:54 01.05.2018)
"Bu hərəkat Ermənistan Rusiya münasibətlərinə heç bir mane yaratmır və yaratmayacaq"

Bakı, 1 may — Sputnik. "Rusiya Ermənistanın strateji tərəfdaşıdır". Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan parlamentinin xüsusi iclasında çıxışı zamanı baş nazir postuna namizəd Nikol Paşinyan bildirib.

"Ermənistanda hakimiyyət dəyişdikdən sonra Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalacaq. Xalq ölkənin daxilində və sosial-iqtisadi siyasətdə ciddi dəyişikliklər istəyir. Cəmiyyət ölkənin xarici siyasətində heç bir dəyişiklik istəmir", — deyə Paşinyan vurğulayıb.

O qeyd edib ki, xalqın xidmətçiləri kimi onlar bu tələbə tabe olacaqlar: "Rusiya bizim strateji tərəfdaşımızdır. Bu hərəkat Ermənistan Rusiya münasibətlərinə heç bir mane yaratmır və yaratmayacaq".

Paşinyan, eyni zamanda qeyd edib ki, ölkə İran, Avropa İttifaqı ölkələri, həmçinin ABŞ-la da əməkdaşlığı davam etdirəcək.

Qeyd edək ki, hazırda Ermənistan parlamentində baş nazir seçkiləri keçirilir. Paşinyan hökumət başçısı postuna yeganə namizəddir. Baş nazir seçilmək üçün ona 105 deputatdan 53-ünün səsi lazımdır.

Ermənistan parlamentində "Respublikaçılar"ın 58, "Çarukyan" blokunun 31, "Çıxış"fraksiyasının 9, "Daşnaksutyun"un isə 7 mandatı var.

270
Teqlər:
Nikol Paşinyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avropa İttifaqı, Ermənistan, Rusiya
Əlaqədar
Paşinyan parlamentdə: "Sarqsyan və Koçaryan deputatları qorxudur"
Paşinyan Azərbaycanı hədələyir: “İlk işimiz ordunu gücləndirmək olacaq"
Ermənistan müxalifəti Gümrüyə yürüşə başladı
Peskovdan Ermənistan açıqlaması: “Hadisələr bir-birinə bənzəmir”