Лидер оппозиционной фракции Елк в НС Никол Пашинян (30 апреля 2018). Еревaн

Paşinyan parlamentdə: "Sarqsyan Koçaryan deputatları qorxudur"

73
(Yenilənib 13:14 01.05.2018)
Parlamentdə Paşinyanın baş nazir postuna namizədliyi irəli sürüldü

Bakı, 1 may — Sputnik. "Elk" (Çıxış) müxalif partiyasının nümayəndəsi Ararat Mirzoyan ölkə parlamentinin xüsusi iclasında Ermənistan baş naziri postuna Nikol Paşinyanın namizədliyini irəli sürüb. Bu barədə Sputnik Ermənistan xəbər verir. "Biz Ermənistan hökumətinin basmışı postuna Nikol Paşinyanın namizədliyini irəli sürürük", — deyə Mirzoyan bildirib. 

Parlamentin spikeri Ara Babloyan isə bunu görünməmiş bir hal olduğunu bildirib: "Parlament çoxluğu öz namizədini irəli sürməyib, azlığın namizədi müzakirə edilir".

Babloyan müzakirələr zamanı deputatları təmkinli olmağa da çağırıb.

Ermənistan parlamentində çıxış edən baş nazir postuna namizəd Nikol Paşinyan isə qeyd edib ki, deputatların zəifliyi siyasi sunami yaradır.

O vurğulayıb ki, aprelin əvvəlindən başlayan etiraz hərəkatı yüz minlərlə insanı birləşdirib: "Onlar Serj Sarqsyan və onun ətrafının hakimiyyətdə müddətsiz qalmasına qarşı idilər. Parlament güclü polis mühafizəsi altında Sarqsyanı prezident seçdi. Lakin bu vəziyyəti daha da gərginləşdirdi. Etiraz hərəkatı nəzarətdən çıxdı və Serj Saqsyan istefa vermək haqqında qərar qəbul etdi. Lakin hakim Ermənistan Respublikaçı Partiyası (ERP) hakimiyyətdə qalmağa davam edirdi. Onlar cəmiyyəti inandırmağa çalışırdılar ki, əgər baş nazir istefa veribsə, onda etirazçıların tələbləri yerinə yetirilib".

"Ancaq biz ayrı-ayrı şəxslərə qarşı mübarizə aparmırıq. Biz bunu etməmişik və etməyəcəyik də. Biz ölkəni boğan bu idarəetmə sisteminə qarşı mübarizə aparırıq. Bu sistemi isə ERP idarə edir. Partiya hələ də xalqın namizədinə (Paşinyan özünü belə adlandırır — red.) səs verib-verməyəcəyini açıqlamır. Serj Sarqsyan və Robert Koçaryan (Ermənistanın üçüncü və ikinci prezidentləri — red.) deputatları qorxudaraq onları xalqın namizədinə səs verməməyi məsləhət görüblər. Lakin bu dəqiqələrdə zəiflik göstərmək yolverilməzdir — bu, siyasi sunami ilə nəticələnə bilər", — Paşinyan əlavə edib.

Qeyd edək ki, bu gün Ermənistan parlamentində baş nazir seçkiləri keçirilir. Paşinyan hökumət başçısı postuna yeganə namizəddir. Baş nazir seçilmək üçün ona 105 deputatdan 53-ünün səsi lazımdır. Ermənistan parlamentində "Respublikaçılar"ın 58, "Çarukyan" blokunun 31, "Çıxış" fraksiyasının 9, "Daşnaksutyun"un isə 7 mandatı var.

73
Teqlər:
namizəd, baş nazir, Ermənistan, Serj Sarqsyan, Robert Koçaryan, Nikol Paşinyan, Ararat Mirzoyan
Əlaqədar
Paşinyan Azərbaycanı hədələyir: “İlk işimiz ordunu gücləndirmək olacaq"
Ermənistan müxalifəti Gümrüyə yürüşə başladı
Peskovdan Ermənistan açıqlaması: “Hadisələr bir-birinə bənzəmir”
Ermənistan qaynayır, tanınmış şəxs qətlə yetirildi
Ermənistan rəhbərliyində yeni təyinat