Пилот Red Bull Racing Макс Ферстаппен

Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü başa çatdı

38
(Yenilənib 15:06 27.04.2018)
"Red Bull Racing" komandasının sürücüsü Daniel Rikkiardo isə ikinci sırada qərarlaşıb

Bakı, 27 aprel — Sputnik. Formula-1 üzrə keçirilən Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü başa çatıb. Birinci sərbəst yürüşdə "Mercedes" komandasının pilotu Valtteri Bottas digər pilotları üstələyib. Sputnik Azərbaycan xəbər verir ki, pilot 1 dəqiqə 44,242 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

"Red Bull Racing" komandasının sürücüsü Daniel Rikkiardo isə ikinci sırada qərarlaşıb.

Luis Hamilton ("Mercedes") sərbəst yürüşü üçüncü olaraq başa vurub.

Qeyd edək ki, saat 17:00-da ikinci sərbəst yürüş keçiriləcək.

38
Teqlər:
Formula-1 Azərbaycan Qran Prisi, Formula-1
Əlaqədar
Formula 1-dən ilk üzücü xəbər gəldi
Sərnişinlərə "Formula 1" ilə bağlı önəmli məlumat
Formula 1 yarışına vauçer alanların nəzərinə!
Formula 1-də daha bir sürpriz qonaq
Bakıda sərbəst yürüşə start verildi

Vladimir Putin azərbaycanlıları mükafatlandırdı

4
(Yenilənib 21:24 16.05.2021)
Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində göstərdiklərə xidmətə və Azərbaycanda rus teatr sənətinin ənənələrini yaşatdıqlarına görə Azərbaycanın incəsənət xadimləri təltif olunublar.

BAKI, 16 may - Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində göstərdiklərə xidmətə və Azərbaycanda rus teatr sənətinin ənənələrini yaşatdıqlarına görə Azərbaycanın incəsənət xadimlərini təltif edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Trend yazır.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev Puşkin medalına, teatrın baş rejissoru, Azərbaycanın Xalq artisti Aleksandr Şarovski "Dostluq" ordeninə layiq görülüb.

2020-ci ildə Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev də Vladimir Putinin sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmuşdu. 

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının əməkdaşlarının orden və medallarla təltif olunması, eləcə də onlara mədəniyyət sahəsində fəxri adların verilməsi barədə sərəncam imzalamışdı.

4
Teqlər:
Rus Dram Teatrı, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, təltif, Vladimir Putin
ABŞ hərbçiləri Əfqənistanda

Çin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına qarşıdır

6
(Yenilənib 21:07 16.05.2021)
Faktiki olaraq isə qoşunların çıxarılmasına hələ aprel ayında başlanıb. Ağ Evin rəhbəri Co Bayden bunu ABŞ və Avropa qüvvələrinin Əfqanıstanda dayanıqlı hökuməti nə qurmağa, nə da onu dəstəkləməyə qadir olmaması ilə izah edib.

 

BAKI, 16 may — Sputnik. Çin Xalq Respublikasının xarici işlər naziri Van İ pakistanlı həmkarı Mahmud Qureyşi ilə telefon danışığında ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına qarşı tənqidi fikirlər səsləndirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, çinli nazir Amerika qoşunlarının tez-tələsik çıxarılmasını Əfqanıstanda barışıq prosesinə ciddi zərbə adlandıraraq regionda sabitlik barədə neqativ fikirlərini dilə gətirib.

VAN İ bildirib ki, rəsmi Pekin yaranmış vəziyyətdə BMT-nin "vacib rol oynayacağına", Şanxay Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrin isə Əfqanıstandakı vəziyyətin qaydaya salınmasına ciddi diqqət yetirəcəyinə ümid etdiyini bildirib.

"Əfqanıstanla qonşu ölkələr qarşılıqlı fəaliyyəti gücləndirməli, bir cəbhə kimi hərəkət etməli və əlaqələndirilmiş addımlar atmalıdırlar", - deyə nazir bildirib.

Çin xarici siyasət idarəsinin rəhbəri həmçinin İslamabadın Əfqanıstanda sülhün əldə olunması istiqamətində addımlarını yüksək qiymətləndirdiyini və Pakistanın ənənəvi olaraq Əfqanıstanla bağlı proseslərdə vacib nüfuza malik olduğunu deyib.

Xatırladaq ki, mayın 8-də ABŞ-ın NATO üzrə müttəfiqləri Əfqanıstandan qoşunların çıxarılmasını ləngitməyi və alyansın digər üzvlərinə bu ölkədən çıxmaq üçün daha çox vaxt verilməsini israrla xahiş ediblər. Bəzi ölkələr Əfqanıstandan qüvvələrini vaxtında çıxara bilməyəcəklərini və buna görə də amerikalı hərbçiləri iyulun 4-dən sonra da Əfqanıstanda saxlamağı xahiş ediblər.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasına rəsmən mayın 1-də başlanıb və sentyabrın 11-nə qədər davam etməlidir. Faktiki olaraq isə qoşunların çıxarılması hələ aprel ayında başlanıb. Ağ Evin rəhbəri Co Bayden bunu ABŞ və Avropa qüvvələrinin Əfqanıstanda dayanıqlı hökuməti nə qurmağa, nə da onu dəstəkləməyə qadir olmaması ilə izah edib.

Eləcə də oxuyun: 

ABŞ Əfqanıstandan çıxardığı əsgərləri harada yerləşdirəcək?

WSJ: Avropa ABŞ-dan Əfqanıstandan qoşunların çıxarılmasını ləngitməyi xahiş edir

* Hərbi ekspert Baydenin qərarı barədə: "Bakı Vaşinqtona hava-su kimi lazımdır"

 

6
Teqlər:
qoşunlar, Çin, ABŞ, Pakistan, Əfqanıstan