"Sən supersən! - 2" müsabiqəsinin iştirakçısı ilə görüş keçirilib

© Sputnik / Kemale AliyevaПресс-конференция участника проекта "Ты супер!" Самеда Новрузова
Пресс-конференция участника проекта Ты супер! Самеда Новрузова - Sputnik Azərbaycan
Abunə olmaq
"İnanıram ki, Səmədin də gözəl taleyi olacaq və sənətdə özünə yer tutacaq"

Bakı, 26 aprel — Sputnik. Rusiyanın NTV telekanalı ilə Sputnik İnformasiya Agentliyi və Radiosunun birgə layihəsi olan "Sən supersən! — 2" Beynəlxalq Vokal Müsabiqəsi 2018-ci ilin 10 fevralında start götürüb. Bu müsabiqədə valideyn qayğısından məhrum olan istedadlı uşaqlar — uşaq evlərinin, internat-məktəblərin yetirmələri, eləcə də ayrı-ayrı ailələr tərəfindən övladlığa götürülmüş uşaqlar iştirak edirlər.

Səməd Novruzov “Sən supersən!”də mübarizəyə hazırdır - Sputnik Azərbaycan
VİDEO
Səməd Novruzov “Sən supersən!”də mübarizəyə hazırdır

Azərbaycan da həmin layihədə iştirak edir. Ölkəmizi bu dəfə beynəlxalq tədbirdə Səməd Novruzov təmsil edib. S.Seyidov artıq layihədə iştirakını başa çatdırıb.

Bu gün Sputnik Azərbaycan Mətbuat Mərkəzində gənc ifaçı ilə görüş təşkil olunub. Görüşdə S.Novruzovun ailə üzvləri, müəllimləri, media nümayəndələri, həmçinin Azərbaycanın Xalq artisti Flora Kərimova iştirak edib.

Tədbiri giriş sözü ilə Sputnik Azərbaycanın rəhbəri Əziz Əliyev açıb. O, qonaqları salamlayıb. Səməd Novruzovun tədbirdə uğurla çıxışını müsbət qiymətləndirib və çətin keçən müsabiqədə ifaçının Azərbaycanı uğurla təmsil etdiyini dilə gətirib. Əziz Əliyev seçim zamanı köməyi və dəstəyi olan hər kəsə təşəkkürünü bildirib.

Sonra söz tədbirdə iştirak edən, Azərbaycanın Xalq artisti Flora Kərimovaya verilib. F.Kərimova Azərbaycanı layiqincə təmsil edən istedadlı gənc haqqında fikirlərini bildirib.

"Mən yeni oxumağa başlayanda mən musiqidən üç alırdım. Amma indi sizin qarşınızda Xalq artisti kimi oturmuşam. Əgər o vaxtı anam mənə dəstək olmasaydı, o vəziyyətdə həvəsdən düşsəydim, sənətkar ola bilməzdim. Allah insana qismət yazır. İnanıram ki, Səmədin də gözəl taleyi olacaq və sənətdə özünə yer tutacaq. Mütləq onu dəstəkləmək lazımdır ki, uğurları bol olacaq", — Xalq artisti deyib.

Səməd Novruzov “Sən supersən!” layihəsini tərk edib, lakin söz verir ki, həmişə oxuyacaq - Sputnik Azərbaycan
VİDEO
Səməd Novruzov “Sən supersən!” layihəsini tərk edib, lakin söz verir ki, həmişə oxuyacaq

Flora Kərimova Səməd Novruzova dəstək olacağına, musiqi və aktyorluq sənətinin incəliklərini öyrədəcəyinə söz verib.

Tədbirdə Sputnik Azərbaycan-ın əməkdaşı Kamilla Əliyeva da Səməd Novruzova daima kömək edəcəklərini, hər zaman uğurlarına dəstək olacaqlarını bildirib.

Görüşdə gənc ifaçı özü də müsabiqə ilə bağlı təəssüratlarını görüş iştirakçıları ilə bölüşüb. O, müsabiqənin ikinci turunun da maraqlı keçdiyini deyib: "Səhnəyə çıxanda xəstə olduğum üçün inamsız çıxmışdım və qorxurdum. Xəstə olduğum üçün səsim yerində deyildi. Xəstə səslə də "Sevgili canan" kimi möhtəşəm bir əsəri oxumaq çox çətin idi. Mən ifamın yaxşı alınmayacağından qorxdum və aktyorluq bacarığımı ortaya qoydum. Nəticədə, 4 münsifdən də yaxşı aldım".

Səməd Novruzov sonda tədbir iştirakçıları üçün dahi Üzeyir Hacıbəyovun "Sənsiz" romansını səsləndirib.

Xəbər lenti
0