İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olacaq

© Photo : Pool Photo via APİlham Əliyev Rəcəb Tayyib Ərdoğan
İlham Əliyev Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
İki ölkə liderlərinin görüşü rəsmi nahar yeməyi ilə başa çatacaq

Bakı, 25 aprel — Sputnik. Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Sputnik Azərbaycan Türkiyə prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan günorta saatlarında Azərbaycan Prezidenti İlham Əliyevi öz iqamətgahında qarşılayacaq.

Azərbaycan və Türkiyə prezidentləri birgə şam ediblər - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birgə şam ediblər

Prezident iqamətgahında iki ölkə liderlərinin təkbətək görüşü baş tutacaq. Dövlət başçıları iki dövlət arasındakı əlaqələrin hazırki durumunu və daha da genişləndirilməsini, həmçinin bölgədə və beynəlxalq aləmdə cərəyan edən hadisələri müzakirə edəcəklər.

Təkbətək görüşdən sonra hər iki ölkə prezidenti Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasına qatılacaqlar. Şuranın toplantısının ardınca Azərbaycanla Türkiyə arasında bəzi sənədlər imzalanacaq.

Toplantı bitdikdən sonra Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuat nümayəndələrinin qarşısına çıxacaq, onları maraqlandıran sualları cavablandıracaqlar. 

İki ölkə liderlərinin görüşü rəsmi nahar yeməyi ilə başa çatacaq.

Xatırladaq ki, aprelin 24-dən Azərbaycan Prezidenti İlham Əliyev Ankarada rəsmi səfərdədir. Prezidentin səfəri aprelin 25-də başa çatacaq.

Xəbər lenti
0