Əli qandallanmış adam, arxiv şəkli

"Lotu Quli"nin yaxın adamı Ağstafada tutuldu

159
(Yenilənib 10:51 24.04.2018)
Mehman Söyün oğlu İsmayılov Ağstafa rayonunda ələ keçib

BAKI, 24 aprel — Sputnik. Rusiyada qəsdən adam öldürməyə görə axtarışda olan Gürcüstan vətəndaşı Azərbaycanda saxlanılıb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, 46 yaşlı Mehman Söyün oğlu İsmayılov Ağstafa rayonunda tutulub.

Qeyd edək ki, saxlanılan şəxs Nadir Səlifovun ("Lotu Quli") yaxın adamlarından biri kimi tanınır.

159
Teqlər:
Mehman Söyün oğlu İsmayılov, Nadir Səlifov, "Lotu Quli", qəsdən adam öldürmə, Gürcüstan
Əlaqədar
"Lotu Quli"ni söyən avtoritetin arvadı öldürüldü
"Lotu Quli"nin "öldürdüyü" çeçenlə bağlı həqiqət üzə çıxdı
Ukrayna polisinin başağrısına çevrilən “Lotu Quli”: Adam oğruluğuna görə bitkoin alır
"Lotu Quli" beynəlxalq axtarışa verildi
"Lotu Quli" klanı Rusiya bazarlarına nəzarəti itirir
Fermer, arxiv şəkli

Fermerlərə qədər kredit verib? AKİA rəqəmləri açıqladı

0
(Yenilənib 19:42 24.09.2020)
Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına fermerlərə mikrokreditlər 12%, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər 7%-lə verilir

BAKI, 24 sentyabr — Sputnik. Bu günədək Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına 1895 fermerə 18 milyon manatadək mikrokredit verilib. Bu mikrokreditlərin 15 milyon manatı heyvandarlıq sahəsi ilə məşğul olanlara ayrılıb. Bu barədə məlumat Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Ümumilikdə, 2020-ci ilin ötən dövrü ərzində Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına bütün kredit növləri üzrə (texnika və damazlıq heyvan alışı kreditləri, mikrokreditlər və digər kənd təsərrüfatı təyinatlı kreditlər) 51 milyon manatadək kredit ayırıb.

Ötən dövrdə kənd təsərrüfatı texnikası və damazlıq heyvan alışı üçün aqrar sahə iştirakçılarına AKİA tərəfindən 64 milyon manatdan artıq güzəşt vəsaiti ödənilib. Bu vəsait fermerlərin təchizatçılardan aldıqları 5876 damazlıq heyvanın və 4140 kənd təsərrüfatı texnikasının dövlət tərəfindən ödənilən güzəşt məbləğini təşkil edir.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına fermerlərə mikrokreditlər 12%, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər 7%-lə verilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının aldıqları damazlıq heyvanın qiymətinin 60%-i, texnikanın qiymətinin isə 40%-i dövlət tərəfindən ödənilir.

0
Moskvada COVID-19 hospitalı, arxiv şəkli

Koronavirus can almaqda davam edir: Bir gündə yüzdən çox adam təkcə Rusiyada ölüb

1
(Yenilənib 19:39 24.09.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1128836-ya çatıb. Rusiyada pandemiya yayılandan 19948 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 929829-a çatıb.

BAKI, 24 sentyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 6595 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 149 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1128836-ya çatıb. Rusiyada pandemiya yayılandan 19948 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 929829-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 31,7 milyonu keçib, 973 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

1
Teqlər:
operativ qərargah, Rusiya, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Koronavirus qurbanlarının sayı 950 minə yaxınlaşır
Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir