Azərbaycan Respublikasının prezidenti İlham Əliyev

Putinin xüsusi nümayəndəsi İlham Əliyevə məktub göndərdi

57
(Yenilənib 19:13 23.04.2018)
"Siz bütün azərbaycanlılar və Azərbaycanın dostları üçün səriştəlilik, mətanət, iradə və ləyaqət rəmzisiniz"

BAKI, 23 aprel — Sputnik. Rusiya prezidentinin Xəzər dənizi regionu ölkələri ilə humanitar və iqtisadi məsələlərə dair əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, təbrikdə deyilir:

“Zati-aliləri, cənab Prezident. Əziz İlham Heydər oğlu. Xalqınızın yüksək etimadını qazanaraq yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Əliyevlər ailəsi, Prezident İlham Əliyev – Azərbaycan xalqının mühüm rəmzləridir. Siz bütün azərbaycanlılar və Azərbaycanın dostları üçün səriştəlilik, mətanət, iradə və ləyaqət rəmzisiniz. Cənab Prezident, Sizə, ailənizə və bütün Azərbaycan xalqına uğurlar və rifah arzulayıram”.

57
Teqlər:
Ramazan Abdulatipov, Rusiya prezidenti, İlham Əliyev, Xəzər dənizi, Rusiya, Azərbaycan
Əlaqədar
Onlar da İlham Əliyevi təbrik etdilər
Prezident İlham Əliyev Novruz Məmmədovu baş nazir təyin etdi
Prezident İlham Əliyev Artur Rasi-zadəyə təşəkkür etdi
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İlham Əliyevin qəbulunda
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

15
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

15
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar