Zaur Məmmədov

"Xəzər regionu: gələcəyin obrazları"

23
(Yenilənib 17:04 23.04.2018)
Hazırda dünyada baş verən müharibələr, siyasi kataklizmlərin Qafqaz və Xəzər dənizi regionuna da keçə bilər

Bakı, 23 aprel — Sputnik. Bu günlərdə Həştərxan, Atırau və Bakının aparıcı univesitetlərində "Xəzər regionu: gələcəyin obrazları" mövzusunda sosioloji sorğu keçirilib. Sorğu Böyük Avrasiya Gənclərinin Təşəbbüsünün istəyi və iştirakı ilə keçirilib.

Bununla bağlı Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş videokörpüdə çıxış edən politoloq Zaur Məmmədov deyib ki, Xəzər dənizi regionu çox vacib inteqrasiya mərkəzidir.

Politoloqun sözlərinə görə, hazırda dünyada baş verən müharibələr, siyasi kataklizmlərin Qafqaz və Xəzər dənizi regionuna da keçə bilər. Bu cür sorğular və proyektlər bu baxımdan çox aktualdır. Gələcəkdə bizim dövlətləri gənclər idarə edəcəklər. Bu baxımdan, Böyük Avrasiya Gənclərinin Təşəbbüsü dəstəklənməlidir.

O bildirib ki, Azərbaycanda ilk belə sorğu bu ilin martında keçirilib.

"Bu gün bizim ölkələrin gəncləri bir-birini əvvəlki dövrlərdə olduğu kimi yaxşı tanımır. Buna görə də onlar arasındakı inteqrasiya prosesi davam etdirilməlidir. Bu, bizim xalqlarımız arasındakı mehriban münasibətləri artıra bilər"- deyə Z.Məmmədov bildirib.

23
Teqlər:
"Xəzər regionu: gələcəyin obrazları", Həştərxan, Zaur Məmmədov, Bakı, politoloq
Əlaqədar
Politoloq: “Türkiyədə erkən seçkilər iqtisadi amillərlə bağlıdır”
Politoloq: “Ermənistan Rusiyanın regionda maraqlarına zərbə vurmaq istəyir”
Politoloq: “Bölgədə Azərbaycanın maraqlarına zidd proseslər gedir”
Politoloq: “Suriyada daha qanlı savaşın şahidi olacağıq”
Politoloq: “Suriyadakı qarşıdurma dünya siyasətinə mənfi təsir göstərir”

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

9
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

9

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev