CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tibbdə yeni kəşf - İnfarkt olmaq istəmirsinizsə, mütləq bunu edin

CC0 / geralt / heartÜrək xəstəlikləri
Ürək xəstəlikləri - Sputnik Azərbaycan
Abunə olmaq
Sadə dillə desək, araşdırma zamanı yaxşı maaşlı, ali təhsilli və evli olan insanların infarkt və insult riskində şanslı olduğu məlum olub

Bakı, 23 aprel — Sputnik. Ötən həftə "European Journal of Preventive Cardiology" jurnalında bir elmi məqalə yayımlanıb. Məqalə İsveç, Stokholm, Karolinska İnstitutunda aparılmış maraqlı tədqiqatın nəticələri ilə bağlı hazırlanıb. Tədqiqatın məqsəd isə bir dəfə ürək infarktı keçirmiş insanların ikinci dəfə infarkt keçirilmələrinə səbəb olan faktorları ortaya qoymaq olub. 

Smart Watch - Sputnik Azərbaycan
Həyatımızı xilas edəcək texnika yaradıldı: infarkt riski azalacaq

Tədqiqat 1 il əvvəl infarkt keçirmiş 29 226 qadın və kişi üzərində aparılıb. Ortalama 4,1 il həkim nəzarətindən sonra iştirakçıların 2284 nəfəri (7,8%-i) ikinci dəfə infarkt, ya da insult keçirib. Araşdırma zamanı infarktla bağlı bir neçə maraqlı məqamlar aşkar edilib:

1. Boşanmış pasientlərin boşanmamışlara nisbətən 18% çox infarkt keçirdiyi;
2. Maaşı yaxşı olanların kasıblara nəzərən 35% daha az infarkt olduğu;
3. Ali təhsillilərin natamam orta təhsillilərə nisbətən 14% daha az infarkt, ya da insult keçirdiyi;

Sadə dillə desək, araşdırma zamanı yaxşı maaşlı, ali təhsilli və evli olan insanların infarkt və insult riskində şanslı olduğu məlum olub.

Kardioloq Vüsal Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əvvəllər də buna bənzər tədqiqatlar aparılıb, bənzər nəticələr əldə edilib: "Yeni tədqiqatla eyni nəticələrin bir daha təsdiq olunmağı, təsadüfi olmadığını sübuta yetirir. Nəticə məntiqlidir. Boşanmaq emosional stressdir. Stressin də ürəyə, beyinə zərərli olduğunu bilirik".

V.Əliyev vurğulayıb ki, aparılan bu tədqiqatda ali təhsil deməklə, əslində, vurğulanmaq istənən şey bilikdir, savaddır: "Tibb sürətlə inkişaf edir və mürəkkəbləşir. Xəstələrin tibbi prosedurları, müalicələri, xəstəliyin mexanizmasını qavramaqları çətinləşir. Ömür uzandıqca xronik xəstəliklər çoxalır. O xəstəliklər ki, ömür boyu dərman müalicəsi, özünə müntəzəm qulluq, diqqət tələb edir. Əks halda uzun vədədə nailiyyət əldə etmək mümkün deyil".
Kardioloq qeyd edib ki, bu barədə insanları mütəmadi olaraq maarifləndirmək lazımdır: "Bizim məqsədimiz də insanlarımızın, əsasən, kardiologiya, eləcə də ümumi tibb haqqında bilik və savadını artırmaqdır. Çünki kasıb təbəqə maddi səbəblərdən ötrü həkimə müntəzəm gedə bilmir, tibbi əməliyyatlardan, prosedurlardan imtina edir, yaxud müalicəsini gecikdirəcək, keyfiyyətli dərman ala bilməyəcək və s.". 

Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda infarkt keçirən sürücü sərnişinlərin həyatını təhlükəyə atdı

Həkim son illərdə insanların ortalama yaşam dövrünün azalması ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib: "Bu yaxınlarda radioda yayımlanan bir proqramın mövzusu belə idi ki, "Ailənizdə ortalama ömür neçə ildir?" Dinləyicilər canlı yayıma qoşulub fikirlərini bildirirdilər. 3 dinləyicinin fikrinə qulaq asa bildim, üçünün də fikri ortaq idi: "Ailəmizdə babam, nənəm, filankəs uzun yaşayıb, məncə köhnə insanlar indikindən uzun yaşayırdılar". Bu, heç də belə deyil. Tarix var, statistika var, heç vaxt insanlar indiki qədər uzun yaşamayıblar. Tunc dövründə, Dəmir dövründə orta ömür 26 il imiş. 1900-cü illərdə dünya üzrə ortalama 31, 1950-də 48, 2014-də isə 71,5 il olub".

Kardioloq ürək xəstəliyindən əziyyət çəkən xəstələrə də bir neçə məsləhət verib: "Ürəyin tac damar xəstəliyi olan, stenokardiyadan şikayətlənən, infarkt keçirmiş, stent taxılmış kişi xəstələr, xüsusilə diqqətli olmaldıırlar. Nitroqliserin, isosorbid 5-mononitrat, isosorbid dinitrat tərkibli nitrat həblərindən hansısa birini içdikləri zaman enerji içkilərindən, həmçinin dərmanlardan uzaq dursunlar. Əks halda öldürə bilər. Əgər "Viaqra" və ona bənzər dərmanlardan istifadə etməyi düşünürlərsə, nitrat tərkibli dərmanları 24 saat əvvəlcədən dayandırmaq lazımdır. Həmçinin "viaqranın" qəbulundan ancaq 24 saat keçdikdən sonra nitrat tərkibli dərmanların qəbuluna icazə verilir".

Xəbər lenti
0