Bakı aydınlığa çıxdı

© Sputnik / Murad OrujovВид на комплекс зданий Flame Towers в Баку
Вид на комплекс зданий Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında toz-dumanın miqdarının sanitar normaya uyğun olduğu müəyyən edilib

BAKI, 20 aprel — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 20 aprel 2018-ci il tarixində səhər saatlarında Bakıda və Abşeron yarımadasında toz-dumanın miqdarının sanitar normaya uyğun olduğu müəyyən edilib. Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb ölkə ərazisinə daxil olan şimal-qərb küləyidir.

Qeyd edək ki, ETSN Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır. Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 19 aprel 2018-ci il tarixində saat 12:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı bir qədər artaraq sanitar normadan 37 faiz yuxarı olduğu qeydə alınıb.

Xəbər lenti
0