Kənan Quluzadə

"Facebook "xoxol" sözünə görə mənim hesabımı bağladı"

357
(Yenilənib 14:19 19.04.2018)
Kənan Quluzadə: "Adamları çox səfeh bəhanələrlə bloklayırdılar, məsələn "azər" sözünə görə"

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Azərbaycanlı istifadəçilərin "Facebook" heablarının blok edilməsi seçkiqabağı dövr ilə bağlı idi. Bu barədə Sputnik Azərbaycan-a avropalıların "Google" və "Facebook" barədə rəylərini şərh edən tanınmış jurnalist, "Facebook" hesabı blok olunmuş Kənan Quluzadə bildirib.

Sputnik.Rəy-in sorğusuna əsasən, avropalıların əksəriyyəti hesab edir ki, "Google" və "Facebook" alqoritmlərdən məlumatı bu və ya siyasi mövqenin xeyrinə yönləndirmək üçün istifadə edirlər. Bundan əlavə, son vaxtlar bütün dünyada Facebook istifadəçilərinin bloklanması müşahidə edilir. Bu bloklanma Azərbaycana da toxunub və azərbaycanlılara məlum olmayan səbəblərdən hələ də davam edir.

Quluzadənin sözlərinə görə, avropalıların "Google" və "Facebook" barədə rəylərində həqiqət var: "Əks halda, amerikalı senatorlar "Facebook"-un qurucusu Mark Zukerberqi 5 saat ərzində sorğu-suala tutmazdılar".

Azərbaycanlı tanınmış bloqçulara və jurnalistlərə qarşı hücuma gəldikdə isə, ekspertin fikrincə, bu həmlə məhz Azərbaycandakı seçkiqabağı dövrdə başlayıb və ünvanlı olub. Quluzadə bildirib ki, əvvəlcə əsas rusdilli istifadəçilər sıradan çıxarıldı, sonra isə dalğa digərlərini əhatə etdi.

Sputnik Azərbaycan-ın həmsöhbətinin fikrincə, kütləvi şəkildə bloklama çox yəqin ki, narazılıq dalğasının artması ilə bağlı idi və onlar göstərmək istəyirdilər ki, ayrı-ayrı tanınmış bloqçuların bloklanması siyasi senzura ilə bağlı deyil: "Adamları çox səfeh bəhanələrlə bloklayırdılar, məsələn "azər" sözünə görə. Baxmayaraq ki, Azərbaycanda "Azər" adı çox məşhurdur".

"Məni şəxsən bir il əvvəl işlətdiyim "xoxol" sözünə görə blokladılar. Bir başqasını "amerikoslar" sözünə görə. Mən Rusiyayönümlü adam deyiləm. Neytral biriyəm. Rusiyanın maraqlarına xidmət etmirəm ki, məni buna görə bloklasınlar. Ona görə də hesab edirəm ki, bu, seçkiqabağı dövr ilə bağlı idi" — o bildirib.

Azərbaycanda isə istifadəçilərin bloklanması davam edir. Quluzadənin sözlərinə görə, belə addımları yalnız siyasi təzyiq aləti kimi qiymətləndirmək olar.

357
Teqlər:
azərbaycanlı istifadəçi, "Facebook", blok, "Google", hesab
Əlaqədar
"Google" və "Facebook" məlumatlarla manipulyasiya edir: Avropalılar bu fikirdədir
Facebook"dan istifadə stressə səbəb olub
"Facebook"dan möhtəşəm yenilik
"Facebook" etiraf etdi…
"Facebook"dan Azərbaycana və daha 3 ölkəyə yönəlik radikal qərar

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

9
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

9

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev