İlham Əliyevi təbrik edənlərin ardı-arası kəsilmir

© Sputnik / Talyb BarkhudayevPrezident İlham Əliyev seçki məntəqəsində səs verir
Prezident İlham Əliyev seçki məntəqəsində səs verir - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyevə növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik məktubları gəlməkdə davam edir

Bakı, 17 aprel — Sputnik. İlham Əliyevə növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik məktubları gəlməkdə davam edir. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri, Rusiya Federasiyası Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü müfti şeyx Ravil Qaynutdin də Azərbaycan Prezidentini təbrik edənlər sırasındadır. 

Müfti şeyx Ravil Qaynutdinin məktubunda deyilir: 

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyalı həmkarı ilə görüşü olub - Sputnik Azərbaycan
Vladimir Putindan İlham Əliyevə təbrik məktubu gəldi

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Sizin inamlı qələbəniz prezidentliyinizin əvvəlki dönəmlərində respublikada gedən sürətli inkişafı və əldə olunan uğurları qardaş Azərbaycan xalqının yüksək qiymətləndirdiyini göstərdi.

Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasına sabit və davamlı inkişaf, iqtisadiyyat, elm və mədəniyyət sahələrində yeni-yeni nailiyyətlər, hər bir ailəyə firavanlıq və xoşbəxtlik arzu edirəm. Dualarımla arzu edirəm ki, dost ölkələrimiz və qardaş xalqlarımız arasında qarşılıqlı münasibətlər daha da möhkəmlənsin və ümumi firavanlığımız naminə yeni dəyərlərlə zənginləşsin.

İcazə verin, Sizə Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşmasına, respublikada müxtəlif dinlərin və etnosların nümayəndələri arasında etimad və qardaşlıq mühitinin inkişafına yönəlmiş bütün təşəbbüslərinizdə uğurlar, Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsinə istiqamətlənmiş xarici siyasət xəttinizin davamlı olmasını arzu edim.

Qoy, Uca Allah Sizə bütün işlərinizdə uğurlar, rifah və möhkəm cansağlığı nəsib etsin".

Prezident İlham Əliyev seçki məntəqəsində səs verir - Sputnik Azərbaycan
Azərbaycan prezidentinə təbrik məktubları gəlir

***

Prezident İlham Əliyevə Rusiyadan daha bir təbrik məktubu gəlib. Məktub Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov tərəfindən ünvanlanıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdəki inamlı qələbəniz Sizin yüksək nüfuzunuzun danılmaz etirafı, xalqınızın rifahının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş siyasi kursunuza verilən layiqli qiymətdir.

Rusiya ictimaiyyəti Sizin bu qələbənizi əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafı üçün zəmin hesab edir.

Biz Azərbaycanın və Rusiyanın regionları, o cümlədən Dağıstan arasında dostluq münasibətlərinin və parlamentlərarası əlaqələrin inkişafına verdiyiniz dəstəyi yüksək dəyərləndiririk.

Sizə möhkəm cansağlığı, sülh və əmin-amanlıq, Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 25 aprel 2016-cı il - Sputnik Azərbaycan
SİYASƏT
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib

***

Monteneqronun Prezidenti Filip Vuyanoviç də İlham Əliyevi 11 aprel prezident seçkilərində qazandığı qələbə münasibəti ilə təbrik edənlər sırasındadır. Həmkarnı təbrik edən Filip Vuyanoviç Prezident İlham Əliyevə həm də Azərbaycanın Monteneqro ilə əlaqələrinin möhkəmlənməsinə görə minnətdarlıq edib:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaq istərdim.
Seçkilərdə Sizin inamlı qələbəniz Azərbaycan xalqının Zati-alinizin prezidentliyinin əvvəlki dönəmlərində ölkənizə qazandırdığınız uğurlardan məmnunluğunun, eləcə də indiki mürəkkəb dövrdə ölkəni məharətlə idarə etmək bacarığınıza tam inamın aydın sübutudur.

Əminəm ki, yenidən Azərbaycan Prezidenti seçilməyiniz beynəlxalq birlik tərəfindən də alqışlanıb. Çünki prezidentliyiniz dövründə nəinki Azərbaycan xalqının rifahı təmin olunub, hətta narahat bölgədə sabitlik möhkəmlənib.

Bu xoş fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasındakı yüksək səviyyəli və daha da möhkəmlənən əlaqələrə görə Zati-alinizə minnətdarlığımı bildirirəm.

Hörmətli Prezident, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və ali dövləti vəzifənizin yerinə yetirilməsində uğurlar arzu edirəm. Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Xəbər lenti
0