Gəzişən adamlar

Xəbərdarlıq: Qarşıdakı iki gün ərzində ehtiyatlı olun

1060
(Yenilənib 13:14 17.04.2018)
Atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq yarada bilər

BAKI, 17 aprel — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə zəif duman olacaq.

Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 13-18, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Aprelin 18-19-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq yarada bilər.

1060
Teqlər:
dərəcə, hava şəraiti, Abşeron yarımadası, temperatur, Bakı, gündüz, gecə
Əlaqədar
Qış havası nə vaxtadək davam edəcək - RƏSMİ
Sabaha gözlənilən hava proqnozu
Yenə dəyişkən hava şəraiti proqnozlaşdırılır