Xəzər dənizi

FHN Xəzərdə axtarış-xilasetmə əməliyyatına başladı

166
(Yenilənib 10:19 17.04.2018)
Xəzər dənizində balıqçı itkin düşüb

BAKI, 17 aprel — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 aprel 2018-ci il tarixində balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən dənizə çıxmış 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu geri qayıtmayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

166
Teqlər:
balıqçı, Sabunçu, xilasetmə, Xəzər, FHN
Əlaqədar
Bakıda güclü yanğın: FHN əməkdaşları ərazidədir
Bakıda təhlükəli anlar - FHN məlumat yaydı
FHN-dən Yasamalda baş verənlərlə bağlı açıqlama
Sumqayıtdan FHN-ə təhlükə siqnalı daxil olub
FHN Xalq artistinin ölümü ilə bağlı məlumat yaydı