Fatimə Abbasquliyeva

Azərbaycanlı aktrisanı zorladığı iddia edilən məşhur rejissor 20 il ala bilər

214
(Yenilənib 10:06 17.04.2018)
Azərbaycanlı aktrisanı zorladığı sübuta yetirilsə, Rusiyanın xalq artistini 20 illik həbs cəzası gözləyir

BAKI, 16 aprel — Sputnik. Azərbaycanlı aktrisa və müğənni Fatimə Abbasquliyeva onu zorlamaqda ittiham etdiyi Rusiyanın xalq artisti Mark Rozovskini məhkəməyə verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, artist bu barədə özünün "Instagram" səhifəsində məlumat verib.

"Axır ki, 12 vəkil kontorunu gəzəndən, 12 ildən sonra Mark Rozovskiyə qarşı RF CM-nin 131 və 133-cü maddələri ilə cinayət işinin açılması üçün Petrovka, 38-ə (Rusiya DİN Moskva şəhər Baş İdarəsi-red.) müraciət etdik" – deyə Abbasquliyeva yazıb.

Aktrisa Teylor Hikson
© Foto : by Chris Pizzello / Invision / AP

Aktrisa qeyd edib ki, vəkillərin əksəriyyəti öz xidmətləri qarşılığında ondan 3 milyon rubl tələb ediblər. Biləndə ki, Abbasquliyevanın o qədər pulu yoxdur, onda ona vəkillik xidməti göstərməkdən imtina ediblər. Arktrisa bir daha bildirib ki, özünün zorlanma tarixçəsini hamıya piar xətrinə deyil, Rozovskini cəzalandırmaq xətrinə danışıb.

Qeyd edək ki, aktrisa 81 yaşlı Mark Rozovskini "Zorlama" (131) və "Seksual xarakterli zorakılıq hərəkətlər" (133) maddələri ilə ittiham edir. Əgər rejissorun günahı sübuta yetirilsə, onu bu maddələrə görə 20 ilədək həbs cəzası gözləyir.

Fatimə Abbasquliyeva Azərbaycanda doğulub. Erkən yaşlarından oxumağa başlayıb. On beş yaşında "Miss Azərbaycan" titulunun sahibi olub. 17 yaşında Azərbaycanın müstəqil musiqi mükafatı olan "Qızıl mikrofon"un iki nominasiyada qalibi olub. Onu vətənində "Azərbaycanın Lolitası" adlandırırlar. 19 yaşında o, vətənində hər şeyi buraxıb Moskvanı fəth etməyə gedib.

Moskvada Rusiya Teatr Sənəti Universitetinə daxil olub və Mark Rozovski ilə də orada tanış olub. Aktrisa bu günlərdə "Rossiya 1" telekanalının Andrey Malaxovun aparıcısı olduğu "Pryamoy efir" ("Birbaşa efir") verilişinin qonağı olub və orada 12 il əvvəl Rusiyanın Xalq artisti Mark Rozovski tərəfindən təcavüzə məruz qaldığını bildirib.

Mark Rozovski Rusiyanın məşhur teatr rejissoru, dramaturq, ssenari müəllifi, bəstəkar, yazıçı, şair və "U Nikitskix vorot" teatrının bədii rəhbəridir. Xalq artisti aktrisanın dediklərini təkzib edib və onun hərəkətlərini səfehlik adlandırıb.

214
Teqlər:
zorlama, aktrisa, rejissor, məhkəmə
Əlaqədar
Xalq artisti tərəfindən zorlandığını iddia edən aktrisa aksiyaya başladı