Prezidentdən Ramiz Mehdiyevə yubiley hədiyyəsi

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib
İlham Əliyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev Ramiz Mehdiyevi böyük xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edib

BAKI, 16 aprel — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı Administrasiya rəhbərini Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edib.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib
İlham Əliyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib - Sputnik Azərbaycan
İlham Əliyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib

Ramiz Mehdiyev bu təltifə və onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Administrasiya rəhbəri ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsində prezident İlham Əliyevin müstəsna xidmətlərini vurğulayıb və qeyd edib ki, məhz dövlət başçısının rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə çox yüksək nailiyyətlər əldə olunub. O, bir daha dövlət başçısına minnətdarlıq edib.

Xəbər lenti
0