Qar Qaxda nəqliyyatın hərəkətində çətinlik yaranıb

Rayonların əhalisi təlaş içində: Gecəyədək yağsa, hər şey məhv olacaq

1229
(Yenilənib 19:25 15.04.2018)
Respublikamızın Balakən, Zaqatala və Qax rayonlarının dağlıq və dağətəyi kəndlərinə qar yağıb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 15 aprel — Sputnik
. Bu gün respublikamızın Balakən, Zaqatala və Qax rayonlarının dağlıq və dağətəyi kəndlərinə qar yağıb. Ötən gün axşam saatlarından başlayan leysan yağışları bu gün sulu qara və qara çevrilib.

Sakinlər mövcud hava durumundan narahatdırlar. Yerli fermerlər əgər gecə saatlarında şaxta olarsa, çiçəkləmiş meyvə ağaclarının bar gətirməsinin mümkün olmayacağını bildirirlər.

Hazırda qarın intensiv yağması davam edir.

1229
Əlaqədar
Qar bu bölgəmizdə fəsadlar törətdi
Sabaha yağış və qar gözlənilir - Xəbərdarlıq
Hava xəbərdarlığı: Yağış, külək, qar
Regionlara qar yağıb