Anatoli Antonov

Rus səfirindən xəbərdarlıq: "Nəticəsiz qalmayacaq, Vaşinqton, London Paris..."

370
(Yenilənib 00:45 15.04.2018)
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da qərbli müttəfiqlərin, Suriyada sülh yaxınlaşanda ölkəyə hücum etmə qərarı aldığını söyləyib

BAKI, 14 aprel — Sputnik. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Suriyaya qarşı hərbi əməliyyat barədə açıqlama verərək bildirib ki, öncədən planlaşdırılmış bir ssenari ortaya qoyulub: "Ən pis proqnozlar özünü doğrultdu. Bu cür əməliyyatların nəticəsiz qalmayacağı barədə xəbərdarlıq etmişdik. Bütün məsuliyyət Vaşinqton, London və Parisin üzərindədir.

Bu açıqlamanın ardından Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova da qərbli müttəfiqlərin, Suriyada sülh yaxınlaşanda ölkəyə hücum etmə qərarı aldığını söyləyib. 

Bu arada ABŞ Müdafiə Nazirliyi rəsmiləri vurulan 3 hədəfi açıqlayıb: Kimyəvi və bioloji silahların istehsal edilməsilə bağlı olduğu söylənən Dəməşqdə bir elmi tədqiqat mərkəzi, Homsun qərbində kimyəvi silah anbar kompleksi, Homsun yaxınlığında kimyəvi silah avadanlığı anbarı və əhəmiyyətli bir komanda mərkəzi.

Suriya dövlət televiziyası hökumət qüvvələrinin ondan artıq raketi vurduğunu açıqlayıb. Suriya dövlət televiziyası təcavüzün uğursuz olacağını  deyib və hücumu beynəlxalq hüququn pozulması kimi xarakterizə edib.

Qeyd edək ki, bu əməliyyat qərarı, rəsmi Dəməşqin Dumada kimyəvi silahdan istifadə iddiasından sonra olub. ABŞ, təcavüzə görə Suriya hökumətinin cavabdeh olduğunu deyib. Suriya hökuməti isə iddiaları rədd edir.

370
Əlaqədar
Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
ABŞ Suriyanın bombalanmasının ilkin nəticələrini açıqladı
Trampın Suriyanı vurmaqda gizli məqsədi açıqlandı
Üçüncü dünya müharibəsi əlaməti: Müttəfiqlər Suriyanı bombalamağa başladı