Prezident İlham Əliyev seçki məntəqəsində səs verir

Azərbaycan prezidentinə təbrik məktubları gəlir

32
(Yenilənib 15:03 13.04.2018)
Əcnəbi ölkə rəhbərləri Azərbaycan prezidentini qələbə münasibətilə təbrik ediblər

BAKI, 13 aprel — Sputnik. İlham Əliyevə yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik məktubları gəlir. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bu gün Ukraynanın prezidenti Pyotr Poroşenko, Albaniya Respublikasının prezidenti İlir Meta, Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov və Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov İlham Əliyevi təbrik edib.

Onlar İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, bu qələbəni ölkənin uğurlu inkişafı üçün müəyyənləşdirilən siyasi kursun Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənməsinin təsdiqi kimi qiymətləndiriblər. Əcnəbi ölkə rəhbərləri Azərbaycan prezidentinə can sağlığı, yeni-yeni nailiyyətlər, nəzərdə tutulmuş planların gerçəkləşməsi və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətində uğurlar arzu ediblər.

32
Teqlər:
təbrik məktubları, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Əlaqədar
MSK yeni nəticələri açıqladı: İlham Əliyev 86 faizlə qalib gəlib
İlham Əliyev xalqa müraciət etdi
MSK ilkin nəticələri açıqladı: İlham Əliyev qalib gəlib
Prezident İlham Əliyev Macarıstanın baş nazirinə məktub göndərib