Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan Qran-prisinə bilet alanlara müjdə

© Sputnik / Евгений Биятов / Mediabanka keçidKristina Aqilera
Kristina Aqilera - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yarışa bileti olan tamaşaçılar arasında dünya ulduzları ilə şəxsən görüşməyə dair müsabiqə keçirir

BAKI, 12 aprel — Sputnik. Azərbaycan Qran Prisinə bilet alanlar dünya ulduzları ilə görüşə biləcəklər.

Bakı Şəhər Halqasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yarışa bileti olan tamaşaçılar arasında dünya ulduzları ilə şəxsən görüşməyə dair müsabiqə keçirir.

Müsabiqənin qalibləri aprelin 27-də Jamiroquai qrupunun solisti Jay Kay ilə, aprelin 28-də isə Christina Aguilera ilə üz-üzə görüşərək səmimi söhbət edə biləcəklər. Hər ulduz üçün 3 şanslı qalibin seçiləcəyi müsabiqədə yalnız həmin günlərə bileti olan tamaşaçılar iştirak edə bilərlər.

Müsabiqəyə qatılmaq istəyən hər bir tamaşaçı sevdiyi dünya ulduzu ilə niyə məhz özünün görüşməli olduğunu şəkil və ya qısa video vasitəsilə izah edərək bu məlumatı Instagram və ya Twitter-də həmin ulduza dair haştaqla paylaşmalı və həmçinin @bakucitycircuit hesabını bu paylaşımda işarələməlidir. Jay Kay ilə görüşmək istəyənlər #MeetJK, Christina Aguilera ilə görüşmək istəyənlər isə #MeetXtina haştaqından istifadə etməlidirlər.

Qaliblər BŞH-nin rəsmi vebsaytında (www.bakucitycircuit.com) aparılan səsvermə ilə müəyyənləşdiriləcək. Aprelin 20-dək davam edəcək səsvermə hamı üçün açıqdır. Gün ərzində hər bir şəxs yalnız 1 dəfə səs verə bilər.

Xəbər lenti
0