ABŞ USS Harry Truman aviadaşıyıcısı və 7 hərbi gəmisi Virciniya ştatındakı Norfolk hərbi dəniz bazasından Aralıq dənizinə yola düşüb

Peyk görüntüsü yayıldı: Rus donanması amerikalıların hücumuna hazırlaşır

787
(Yenilənib 15:14 12.04.2018)
Ehtimal edilir ki, həmin gəmilər ABŞ donanmasının mümkün hücumuna qarşı səfərbər edilib və dənizdə mövqe tutub

BAKI, 12 aprel — Sputnik. Rusiya döyüş gəmilərinin Suriyanın Tartus limanından çıxdığını əks etdirən peyk görüntüsü yayılıb. Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, "Image Satellite Internacional" təşkilatı peykdən çəkilən görüntü paylaşıb və Rusiya hərbi gəmilərinin Tartus hərbi dəniz limanını tərk etdiyini iddia edib.

Ehtimal edilir ki, həmin gəmilər ABŞ donanmasının mümkün hücumuna qarşı səfərbər edilib və dənizdə mövqe tutub.

Rusiya döyüş gəmilərinin Suriyanın Tartus limanından çıxdığını əks etdirən peyk görüntüsü
© Photo : Milliyet
Rusiya döyüş gəmilərinin Suriyanın Tartus limanından çıxdığını əks etdirən peyk görüntüsü

787
Teqlər:
Tartus, döyüş gəmiləri, liman, Suriya, Rusiya
Əlaqədar
ABŞ donanması və Britaniya aviasiyası hərəkətə keçdi, əsgərlər ailələri ilə vidalaşdılar
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

12
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

12
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

12
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

12
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar