UNEC-in alimləri Rusiyada keçirilən beynəlxalq konfransda iştirak edib

Rusiyalı şagirdlər Azərbaycanda təhsil almaqda maraqlıdırlar

68
(Yenilənib 15:06 12.04.2018)
Dövlət strukturları və sahibkarlıq subyektlərinin hüquqi, idarəçilik, humanitar problemləri: Rusiya və beynəlxalq təcrübə" mövzusunda olub

BAKI, 12 aprel — Sputnik. UNEC-in alimləri Rusiyada keçirilən beynəlxalq konfransda iştirak edib. Universitetin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Rusiya Dövlət Humanitar Universitetinin Domodedovo filialının təşkil etdiyi XII beynəlxalq konfrans "Dövlət strukturları və sahibkarlıq subyektlərinin hüquqi, idarəçilik, humanitar problemləri: Rusiya və beynəlxalq təcrübə" mövzusunda olub.

UNEC Moskva Beynəlxalq Təhsil və Karyera sərgisində
© Photo : пресс-служба UNEC

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov və Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədovun qatıldığı beynəlxalq konfransda Bolqariya, Çexiya, Polşa, Serbiya, Slovakiya, eləcə də digər ölkələrin aparıcı universitetlərinin nümayəndələri iştirak edib. Konfransda dövlət strukturlarında idarəetmə məsələlərinə toxunulub, sahibkarlıq subyektlərinin iqtisadi, hüquqi, etik problemləri müzakirə edilib. Eyni zamanda dövlət nəzarəti sistemində islahatlar, iqtisadi təhlükəsizlik problemləri, ali təhsil müəssisələrində maliyyə və idarəetmə problemləri barədə də fikir mübadiləsi aparılıb.

UNEC-in professoru, Zahid Məmmədov Azərbaycanda aparılan sosial-iqtisadi siyasətin strateji məqsədlərindən danışıb. İqtisadiyyatın bütün sahələrində dövlətin öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaratdığını, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdirıldığını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Z.Məmmədov Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə yönəldiyini qeyd edib.

  • UNEC-in alimləri Rusiyada keçirilən beynəlxalq konfransda iştirak edib
    UNEC-in alimləri Rusiyada keçirilən beynəlxalq konfransda iştirak edib
    © Photo : UNEC-in mətbuat xidməti
  • UNEC-in alimləri Rusiyada keçirilən beynəlxalq konfransda iştirak edib
    UNEC-in alimləri Rusiyada keçirilən beynəlxalq konfransda iştirak edib
    © Photo : UNEC-in mətbuat xidməti
  • UNEC-in alimləri Rusiyada keçirilən beynəlxalq konfransda iştirak edib
    UNEC-in alimləri Rusiyada keçirilən beynəlxalq konfransda iştirak edib
    © Photo : UNEC-in mətbuat xidməti
  • UNEC-in alimləri Rusiyada keçirilən beynəlxalq konfransda iştirak edib
    UNEC-in alimləri Rusiyada keçirilən beynəlxalq konfransda iştirak edib
    © Photo : UNEC-in mətbuat xidməti
1 / 4
© Photo : UNEC-in mətbuat xidməti
UNEC-in alimləri Rusiyada keçirilən beynəlxalq konfransda iştirak edib

UNEC-in dosenti Mirağa Əhmədov "Azərbaycanın əmlak bazarında ipoteka kredit sistemi" barədə çıxış edib. Ölkədə həyata keçirilən geniş miqyaslı, uğurlu iqtisadi və sosial islahatlardan bəhs edən UNEC-in alimi "Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair strateji yol xəritəsi"ni gənc və sosial müdafiəyə ehtiyacları olan ailələrin mənzil təminatında mühüm rol oynadığını diqqətə çatdırıb. M.Əhmədov dövlətin dəstəyilə tikilən sosial mənzillərin Azərbaycanın əmlak bazarındakı qiymətlərin tənzimlənməsinə müsbət təsirlərini vurğulayıb. UNEC-in aliminin çıxışını maraqla qarşılayan konfrans iştirakçıları Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd ediblər.

Səfər çərçivəsində UNEC-in nümayəndə heyəti Domodedovo şəhər icra hakimiyyətinin və deputatlar sovetinin sədri ilə də görüşüblər. Görüşdə sosial sferanın inkişafı barədə fikir mübadiləsi aparılıb.

UNEC-in alimləri, həmçinin Domodedovo şəhər 5 saylı gimnaziyasında "Bilik iqtisadiyyatının inkişafında universitetlər drayver kimi: dünya təcrübəsi və UNEC modeli" mövzusunda məruzə ilə çıxış ediblər.

Daha sonra məktəblilərə UNEC-in dünya səviyyəli universitet olmaq istiqamətində atdığı addımlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, UNEC MDB məkanında Rusiyada filialı olan yeganə ali təhsil müəssisəsidir. Cənubi Qafqazın ən böyük iqtisadyönümlü və 4 dildə təhsil verən universiteti olan UNEC-ə əcnəbi tələbələrin qəbulunun tam elektronlaşdırıldığı qeyd edilib. Rus və ingilis dillərində təhsillə maraqlanan məktəblilərə UNEC-in Rus İqtisad Məktəbi və Beynəlxalq İqtisadiyyat Məktəbində tədris olunan ixtisaslar barədə məlumat verilib. UNEC-in dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramları həyata keçirməsi şagirdlərin xüsusi marağına səbəb olub. Onlara Elektron Universitet Modeli və mübadilə proqramlarından da bəhs olunub.

UNEC-in nümayəndələri şagirdləri maraqlandıran sualları cavablandırıblar. Rusiyalı şagirdlər dünya təhsil məkanında, o cümlədən nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yüksəldiyini nəzərə alaraq UNEC-də təhsil almaqda maraqlı olduqlarını bildiriblər.

68
Teqlər:
beynəlxalq konfrans, UNEC, Rusiya, tələbə
Əlaqədar
UNEC-də tədris və imtahanların təşkili qaydaları dəyişdi
"Yekaterinburqda yaşayan azərbaycanlı gənclər UNEC-də təhsil almaqda maraqlıdırlar"
UNEC Rusiyada beynəlxalq sərgidə çıxış edib
UNEC magistrləri daha bir cəlbedici təklif
UNEC-dən tələbələrə inanılmaz fürsət – 4 ilə 2 diplom!
Fransalı rektor: "UNEC çox yaxşı universitetdir"
Peyvənd, arxiv şəkli

İnanılmaz təzad - indi uşaqları infeksiya yox, rahat həyat əlimizdən alır

9
(Yenilənib 00:56 01.06.2020)
"Uşaqlarda ən təhlükəli hal ondan ibarətdir ki, koronavirus xəstəliyinin gedişi böyüklərə nisbətən bilinmədən, görünmədən gedir, amma daşıyıcı olaraq digər insanları yoluxdurma ehtimalı çoxdur"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. VI çağırış Milli Məclisin deputatı, parlamentin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-a müsahibəsində hazırda ölkəmizdə uşaqlar arasında hansı xəstəliklərin geniş yayılmasından, uşaqları koronavirus pandemiyasından qorumaq üçün valideynlərin nə etməli olduğundan və digər məsələlərdən danışıb. Müsahibəni təqdim edirik:

- Müşfiq müəllim, ilk öncə öz haqqınızda məlumat verməyinizi xahiş edirik və necə oldu ki, deputat olmaq qərarına gəldiniz?

- Mən 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilmişəm. Həkim kimi uzun müddətdir ki, fəaliyyət göstərirəm. 1972-ci ildə Sumqayıtda anadan olmuşam və həkimlik fəaliyyətim də Sumqayıtla bağlıdır. 2016-cı ildən Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi işləyirəm. Uzun müddətdir ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Siyasi fəaliyyətim YAP Sumqayıt şəhər təşkilatının nəzdində olub. Sonra elə həmin təşkilatda siyasi şuranın üzvü seçilmişəm. Siyasi fəaliyyətim Yeni Azərbaycan Partiyasının tərkibində və partiyanın Sumqayıt şəhər təşkilatında siyasi şuranın daxilində olub. Yeni Azərbaycan Partiyasının rəhbərliyi tərəfindən mənə etimad göstərildi və 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizədliyim irəli sürüldü. Mənə etimadın göstərilməsi böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, həm də böyük məsuliyyətdir. Partiyanın dəstəyi ilə kifayət qədər səs çoxluğu ilə seçkini qazandıq və mən deputatlıq fəaliyyətinə başladım.

- Ötən illərin praktikası göstərir ki, bəzi deputatlar mediaya qapalı idilər. Yeni islahatlar fonunda deputat-media əlaqələri necə olmalıdır?

- Həkimlik fəaliyyəti dövründə daim mediaya açıq olmuşuq. Əgər qərəz yoxdursa, mediadan qaçmağa ehtiyac yoxdur. Təbii ki, medianın da məsuliyyətli olmağı vacibdir. Fikrimcə, mediaya hər zaman açıq olmaq lazımdır. Son dövrlər Milli Məclisin həyatında müsbət mənada böyük dəyişikliklər olub, o cümlədən media ilə münasibətlərdə. Deputatların fəal olması çox mühüm məsələ kimi qarşıya qoyulub. Milli Məclisin Sədri Sahibə Qafarova bu məsələlərə çox böyük önəm verir. Düşünürəm ki, fəallığı daha da artırmaq lazımdır.

Bəzən mediada fikirlər kontekstdən çıxardılır. Amma siyasi fəaliyyətlə məşğul olan insan hər bir açıqlamasına, hər bir kəlməsinə diqqət göstərməli, fikirlərini dolğun ifadə etməlidir. Mediaya açıq olduqda, öz fikirlərini onlara dolğun şəkildə çatdırdıqda, problem yaranmır.

- Xüsusi karantin rejimi dövründə vətəndaşların birbaşa qəbulu mümkün deyil. Seçiciləriniz ilə görüşləri necə həyata keçirirsiniz? Və seçicilər əsasən hansı məsələləri qaldırırlar?

- Koronavirus pandemiyası bütün dünyada hər bir fəaliyyətə çox böyük korrektələr gətirdi, o cümlədən seçicilər ilə görüşə. Biz hər birimiz xüsusi karantin rejiminə əməl etmək məcburiyyətindəyik. Ancaq həyat yerində dayanmır, biz fəaliyyət göstərməliyik, seçicilərin problemləri ola bilir. Bəzən seçicilərin müəyyən problemlərini müvafiq qurumlar qarşısında qaldırmağa görə əlaqələrin yaradılması vacibdir. Koronavirus pandemiyasının gətirdiyi yeniliklərdən biri videomüraciətlər oldu və biz müxtəlif onlayn platformalar üzərindən seçicilər ilə əlaqələr yaratmağa başladıq. Seçicilərimiz ilə bu formada əlaqə saxlayırıq, problemləri ilə maraqlanır və onları həll etməyə çalışırıq. Bizim qərargahımız Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatında yerləşir. Bundan başqa, məktublar, müxtəlif ərizələr vasitəsilə Milli Məclisin saytına müraciətlər edilir.

- Azərbaycanda pandemiyadan sonrakı dövrdə səhiyyə sahəsinin daha inkişaf etdirilməsi üçün parlamentdə hansı məsələlərin qaldırılmasını vacib hesab edirsiniz?

- Azərbaycanda səhiyyə sahəsində çox mühüm islahatlar həyata keçirilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətə başlamasını, icbari tibbi sığortaya keçidi buna misal göstərmək olar. Məsələn, Türkiyədə icbari tibbi sığorta modelinin tətbiqi ilə bağlı islahatlar hələ də davam edir. Azərbaycanda da bu istiqamətdə çətinliklər var. Üstəgəl pandemiyanın ortaya çıxması dünyanın nəhəng səhiyyə sistemlərində belə böyük problemlər yaratdı. Bütün bu risklərə baxmayaraq, biz icbari tibbi sığortaya keçidi həyata keçirməyə başladıq.

Bundan sonrakı mərhələdə isə səhiyyə sistemimizdə çox böyük dəyişikliklər gözlənilir. Burada artıq səhiyyə müəssisələrinin optimallaşmasından, səhiyyənin maliyyələşməsinin müxtəlif mənbələr hesabına artırılmasından, səhiyyə müəssisələrinin avadanlıqlar, digər təchizat materialları ilə yenidən təmin olunmasından və s. söhbət gedir.

Qarşımızda səhiyyənin maliyyələşməsi mexanizmində dəyişikliklər, yeni səhiyyə müəssisələrinin qurulması, rayon səhiyyə sistemlərinin regional tipli orqanlara çevrilməsi və digər məsələlər dayanır. Bu işlərin həyata keçirilməsi üçün də qanunvericilik bazası formalaşdırılmalıdır. Bu baxımdan işlərimiz çox olacaq.

- Pediatr olaraq, sizcə, uşaqları koronavirus pandemiyasından qorumaq üçün valideynlər nə etməlidirlər?

- Pandemiya dövründə ilk vaxtlar dünyada insanlar arasında belə bir arxayınçılıq var idi ki, uşaqlar koronavirusa yoluxmurlar. Ancaq zaman onu göstərdi ki, bu, yanlış fikirdir, uşaqların da koronavirusa yoluxması müşahidə olunur. Uşaqlarda ən təhlükəli hal ondan ibarətdir ki, koronavirus xəstəliyinin gedişi böyüklərə nisbətən bilinmədən, görünmədən gedir, amma daşıyıcı olaraq digər insanları yoluxdurma ehtimalı çoxdur. Biz valideynlər qarşısında hər zaman məsələ qaldırırıq ki, uşaqlarınızı əhalinin sıx toplaşdığı yerlərə aparmayın. Valideynlər məktəblərin və bağçaların bağlanmasını anlayışla qarşıladılar.

Digər tərəfdən, valideynlər arasında iş aparılır ki, peyvəndlənmənin davam etdirilməsi çox önəmlidir. Uşaqlar xəstələnərkən, onların hərarəti olarkən lazımsız preparatlardan istifadə etməmək, qidalanmanın önəmi barədə valideynlər arasında iş aparılır. Məsələn, araşdırma var ki, zülal mənşəli qidalardan çox istifadə olunan cəmiyyətlərdə pandemiyanın yayılma sürəti daha azdır. İndiyədək Sumqayıtda uşaqlar arasında yoluxmanın faizi çox aşağı olub, ağırlaşmalar, demək olar ki, olmayıb, ölüm hadisəsi olmayıb.

- Hazırda Azərbaycanda uşaqlar arasında geniş yayılmış xəstəliklər hansılardır?

- Mövsümi xəstəliklər hər zaman olduğu kimi aktualdır. Amma bu xəstəliklər illər üzrə dəyişə bilər. Bəzən yuxarı tənəffüs yollarının xəstəlikləri bir il daha çox ola bilər, digər il isə aşağı ola bilər və s. Bunlar dövri şəkildə müəyyən bir ardıcıllıqla gedir, amma təhlükəli formalarda artım müşahidə olunmur. Yəni normal orta statistik göstəricilər şəklində gedir. Məsələn, bir ara MDB ölkələrində qızılca həddindən artıq sürətlə yayılmışdı və Azərbaycanda da belə təhlükə ola bilərdi. Amma vaxtında aparılmış immunizasiya nəticəsində bizdə belə bir vəziyyət yaşanmadı. Vərəmlə mübarizədə çox böyük uğurlar əldə olunub. Uşaqların vərəmə yoluxma halları ilə bağlı ciddi şəkildə azalmalar var.

Azərbaycanda əhalinin həyatı üçün təhlükə - Bu xəstəliklər az qala epidemiya halını alır>>

Amma indi uşaqlar arasında daha çox irsi xəstəliklərdə, anadangəlmə qüsurlarda müəyyən qədər artım müşahidə olunur. Bu da ətraf mühitin zərərli amillərinin hamiləlik dövründə analara təsiri ilə əlaqələndirilir. O cümlədən, bəzi qidalardan istifadəyə çox diqqət yetirmək lazımdır. Düzgün və proporsional qidalanmaq lazımdır. Aktiv həyat tərzi sürmək lazımdır. İndi uşaqlarda artıq çəki problemləri bir qədər ön plana çıxır. Artıq çəki ilə əlaqədar olaraq şəkərli diabetə erkən yaşlarda daha çox rastlanır. Əvvəlki dövrlərdə uşaqlar arasında infeksiyon xəstəliklərdən ölümlər daha çox idisə, indi artıq yaşamaq komfortunun artması ilə əlaqədar olan xəstəliklərdən daha çox ölümlər meydana çıxmağa başlayıb. Amma anadangəlmə qüsurlar isə hələ ki, öz aktuallığını saxlayır.

- Həkimlik fəaliyyəti dövründə qarşılaşdığınız maraqlı hadisələr hansılar olub?

- Həkimlik fəaliyyəti dövrümdə kifayət qədər maraqlı faktlarla qarşılaşmışam. Cəbhə bölgəsində həkim kimi xidmət edərkən heç vaxt unuda bilməyəcəyim bir hadisə ilə rastlaşdım. Bizim əsgərlərimizdən biri minaya düşmüşdü və orqanın itirilməsini və buna görə ağrıların nə dərəcədə olmasını bir həkim kimi yaxşı bilirəm. Amma bizim əsgərimizin qəhrəmanlığı ondan ibarət idi ki, mənə söylədi ki, telefonumu söndür, birdən telefonuma zəng gələr və atam olar. Atam ikinci qrup əlildir və ürəyi xəstədir. Qoy bilməsin, ona pis təsir edər. Onda mən insanın nə dərəcədə öz valideyninə böyük sevgi ilə yanaşdığının şahidi oldum. Yəni bir orqanını itirmiş əsgər atasının ürəyinə yük salmamaq barədə fikirləşir. Bu hadisəni heç vaxt unutmayacağam.

Maraqlı hadisələr çox olub. Digər bir hadisə 3 il bundan öncə Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan onlarla uşaqda rotavirus infeksiyasının aşkar edilməsi idi. O vaxt kiçik miqyaslı su mənbələrində meydana çıxmış problemlə əlaqədar olaraq uşaqlar arasında rotavirus infeksiyası yayıldı və kütləvi şəkildə bizə müraciətlər oldu. Həmin vaxt biz Səhiyyə Nazirliyinin yardımı ilə, şəhər strukturlarının köməyilə, o cümlədən bütün səhiyyə işçilərinin səfərbərliyi ilə kütləvi xəstə axınının qarşısını aldıq. Uşaqlar sağaldılar, bir ağırlaşma, bir ölüm hadisəsi olmadan belə bu işin öhdəsindən gəldik. Bu da ölkə ictimaiyyəti tərəfindən çox müsbət qarşılandı. Həyatda qazandığım uğurlara görə Yeni Azərbaycan Partiyasına və həkimlik sənətimə minnətdaram.

9
Əlaqədar
Azərbaycanda insanların səksən faizi orqanlarını bağışlamaq istəyir, amma bir əngəl var
Azərbaycanlı alim koronavirusla bağlı bütün həqiqətləri açıqladı
Bu təşəbbüsün heç adını da tutmayın - uşağınızın nə tərbiyəsi olacaq, nə də sağlamlığı
Koronavirus yeni forma alıb – İndi uşaqları vurur
Bu gün bir boşqab xörəyi qıymırlar, sabah özləri məhbəs yeməyinə möhtac ola bilərlər
Nəzrin Məmmədova, arxiv şəkli

YARAT-dan olan dicey qız: Azərbaycanda zövqlər bir qədər pisdir

6
(Yenilənib 00:15 01.06.2020)
Musiqi – azərbaycanlı diceyin maraqlarının yalnız bir hissəsidir, o etiraf edir ki, asan yolları sevmir və eksperimentlərə üstünlük verir.

BAKI, 1 iyun — Sputnik, Kəmalə Əliyeva. Karantinə qədərki Bakıda Böyük Britaniyanın elektron musiqi şousu “Selector Live: Women. Sounds. Waves” böyük uğurla keçib. Bu şouda azərbaycanlı və xarici qadın diceylər (DJ) eyni səhnəni bölüşüblər. İştirakçılar arasında Azərbaycanın tanınmış diceyi Inherroom (Nəzrin Məmmədova) da var idi. O, Sputnik Azərbaycan-a müsahibəsində qızlar arasında diceylik peşəsinə olan tələbatdan danışıb. 

- Nəzrin, indi Azərbaycanda dicey işləyən qızlar çoxdurmu?

- Mən diceyliklə dörd il bundan əvvəl məşğul olmağa başladım. Onda bizim sayımız cəmi üç idi, amma indi dicey qızların sayı artıb. Mən bu sahədə işləmək istəyən qadınları həmişə dəstəkləməyə, onlara məsləhətlər verməyə, kömək etməyə hazıram.

- Siz necə dicey oldunuz?

-  Biz elə bir dövrdə yaşayırıq ki, orada hər şeyi internet vasitəsilə öyrənmək olar. İngilis dilini mükəmməl bilirəm, buna görə də mənə lazım olan məlumatları tapmaq daha asandır. Mənim hələ uşaqlıqdan musiqiyə böyük həvəsim var, amma musiqi təhsilim yoxdur, hər hansı musiqi alətində də ifa etmirəm. Mən yalnız musiqi dinləməyi sevirəm. Çoxlu dicey dostum var. Məhz onlardan birinin məsləhəti ilə mən də bu peşəyə müraciət etmək qərarına gəldim. Hesab edirəm ki, indi həyatda nəyisə əldə etmək, yaxud sevimli işlə məşğul olmaq üçün təhsil lazım deyil. Əsasən də, bizim dövrümüzdə hər şeyə unikal yanaşma daha yaxşı qarşılanır.

- Xaricdə tez-tez çıxış edirsiniz?

- Əsasən qeyri-festival formatında olan tədbirlərdə iştirak edirəm. Gürcüstanda, Moskvada çıxış etmişəm. Musiqidən başqa, vizual incəsənətlə də məşğul oluram. Bir çox ölkələrdə sərgilərim keçirilib. Mən interdisiplinar rəssamam, ona görə də həm rəssamlıqla, həm heykəltaraşlıqla, həm qrafika ilə, həm videoinstalyasiya ilə, həm də performansla maraqlanıram. Musiqi isə mənim maraqlarımın bir hissəsinə çevrilib.

- İndi diceylər arasında kişilərə daha çox tələbat var, ya qadınlara?

- Bunun heç bir fərqi yoxdur. Hesab edirəm ki, biz tam bərabərhüquqlu cəmiyyətdə yaşayırıq. Hər şey təşkilatçılardan asılıdır. Çıxışım zamanı çalışıram ki, Azərbaycana gəlib çatmamış musiqiləri səsləndirim. Mən Britaniya səsləndirməsini çox sevirəm. Mən nə isə yeni bir şey gətirmək istəyirəm, lakin tez-tez başqa bir şey qoymağı xahiş edirlər. Azərbaycanda zövqlər bir qədər pisdir, amma zaman keçdikcə bu, dəyişəcək.

- Mən yox, amma elə diceylər - Azərbaycan musiqisindən öz şəbəkələrinizdə istifadə edirsiniz?var, Azərbaycan musiqisinə müraciət edirlər. Mənim gördüyüm işdə xalq musiqisindən istifadə etmək, fikrimcə, diqqət cəlb etməyin çox asan yoludur. Mən asan yolları sevmirəm, əsasən ən eksperimental və mürəkkəb olanları seçirəm.

- Hansı planlarınız var?

- Əvvəllər gələcəyimi xaricdə görürdüm, amma indi qərarımı dəyişmişəm. Mən artıq on ildir burada incəsənətlə məşğul oluram, ona görə də köçmək istəmirəm, həm orada, həm də burada işləmək istəyirəm. Hətta başqa bir ölkədə olsam da, yenə Azərbaycan rəssamı, artisti olacağam.

Təəssüf ki, bir çox uşaqlar diceylikdə özlərini sınamaqdan qorxurlar. Hesab edirlər ki, bu peşənin gələcəyi yoxdur. Rəssam olmaq istədiyimi deyəndə çoxları məni fikrimdən daşındırmaq istəyirdi. Məni inandırmağa çalışırdılar ki, bu sənətdə gəlir yoxdur. Fəaliyyətimdən beş il sonra YARAT Müasir İncəsənət Mərkəzi açıldı, məni oraya dəvət etdilər və bütün arzularım reallığa çevrildi. İndi gənclərin daha geniş imkanları var.

6
Əlaqədar
Azərbaycanlılar onlayn-festivalda ruslara böyük həyəcan yaşadıblar
Kamilla Zərbəliyeva: "Qabağımda soyunmaq istəyənlər çoxdur"
Emin onun həyatına təsir edən qeyri-adi oğlana sənədli film həsr edib
Sevgilisindən ayrılan azərbaycanlı müğənniyə qızlar təklif yağdırırlar
Məşhur azərbaycanlı arıqlamağın sirrini bölüşür