Bakı, 12 aprel — Sputnik. Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb. Sputnik Azərbaycan xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,9 dollar və ya 2,62% artaraq 74,48 dollar təşkil edib.
Amerika fond bazarında "Dow Jones" indeksi 0,90% — 24 189,45 bəndədək, "S&P 500" 0,55% — 2 642,19 bəndədək, NASDAQ isə 0,36% — 7 069,03 bəndədək ucuzlaşıb.
Neftin əksinə olaraq, qızılın qiyməti 7 dollardan çox aşağı düşüb.
Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,13% — 7 257,14 bəndədək, Almaniya DAX-ı 0,83% — 12 293,97 bəndədək, Fransa CAC-40-ı 0,56% — 5 277,94 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 7,20 dollar ucuzlaşaraq 1 352,80 dollara, gümüşün unsiyasının qiyməti 0,16 dollar azalaraq 16,61 dollara satılıb.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.