Belarusun bütün regionlarından Azərbaycan üçün paytaxta axın

© Sputnik / Murad OrujovГолосование на выборах президента Азербайджана
Голосование на выборах президента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizim münasibətlərimiz bu gün özünün "qızıl dövr"ünü yaşayır"

BAKI, 11 aprel — Sputnik. Bu çərşənbə günü Azərbaycanda prezident seçkiləri keçirilib. Respublikanın Minskdə yerləşən səfirliyində Belarusda yaşayan xeyli sayda azərbaycanlının səs verə bilməsi üçün müvafiq məntəqə yaradılıb. Sputnik Belarus səsvermə prosesinin necə keçdiyi və nəticələrin iki ölkənin münasibətlərinə necə təsir edəcəyi barədə seçicilərlə söhbətləşib.

"Hamını dəvət etmişik və xəbər vermişik"

Minskdəki seçki komissiyasının sədri funksiyasını yerinə yetirən səfirin müşaviri Zülfüqar Tanrıverdi bildirib ki, onların seçici siyahısında 503 seçicinin adı var. "Bu təkcə Minskdə deyil, ölkənin bütün regionlarındadır. Hamı bura gələ və səs verə bilər. Biz yerli vaxtla axşam saat 19:00-dək işləyirik", — deyə Tanrıverdi bildirib.

© Sputnik / Irina PetrovichAzərbaycanın Minskdəki səfirliyi
Azərbaycanın Minskdəki səfirliyi - Sputnik Azərbaycan
Azərbaycanın Minskdəki səfirliyi

Onun sözlərinə görə, Belarusda yaşayan bütün azərbaycanlılar sosial şəbəkələr, KİV və səfirliyn saytı vasitəsilə səsverməyə dəvət olunub. "Bir çoxları səsvermə hüququ olan ailə üzvləri ilə birlikdə gəlir", — deyə Z.Tanrıverdi bildirib və qeyd edib ki, seçicilər prezident seçkilərinə maraq göstərirlər, səsvermədə fəal iştirak edirlər.

Komissiya sədri məntəqədə ilk səs verən şəxs olub. O, səsvermə rəsmən başlayan kimi səs verib və komissiyanın üzvləri də eyni addımı atıb: "Səsvermə başa çatan kimi səfirliyin ərazisində səslər sayılacaq və protokollar Bakıya göndəriləcək".

"Ölkələrimiz arasında "qızıl əsr"dir"

Səhər saatlarında səsverməyə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov da gəlib. Seçki bülletenini qutuya atandan sonra səfir nəticələrin Azərbaycan-Belarus münasibətlərinə necə təsir edəcəyi barədə sualımı cavablandırıb.

© Photo : Irina PetrovichAzərbaycan səfiri cənab Latif Qəndilov
Azərbaycan səfiri cənab Latif Qəndilov - Sputnik Azərbaycan
Azərbaycan səfiri cənab Latif Qəndilov

"Dəyişiklikləri yalnız müsbət və yaxşı istiqamətdə gözləyirik. Düşünürəm ki, bizim münasibətlərimiz bu gün özünün "qızıl dövr"ünü yaşayır. Aleksandr Qriqoryeviçin (Lukaşenko) də MDB dövlətlərinin xarici işlər nazirləri Şurasının görüşü zamanı dediyi kimi, biz həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə ən yaxın əlaqələri qoruyub saxlayırıq", — deyə səfir əlavə edib.

Diplomatın fikrincə, Belarus və Azərbaycan əməkdaşlıq əlaqələrini iqtisadiyyat sahəsinə də keçirib.

"İtirilmiş əlaqələrimizi bərpa edirik və əməkdaşlıq üçün yeni istiqamətlər müəyyənləşdiririk. Bu, əlbəttə ki, beynəlxalq arenada olduğu kimi, bizim liderlərimizin şəxsi münasibətlərində də qarşılıqlı etimada əsaslanır. Bizim münasibətlərimiz, artıq zamanın, tarixin sınağından keçib və biz başa düşmüşük ki, bizim ölkələrimiz birlikdə güclüdür, zəngindir və biz münasibətlərimizi müxtəlif istiqamətlərdə inkişaf etdirməliyik", — Qəndilov bildirib.

© Sputnik / Irina PetrovichAzərbaycanın Minskdəki səfirliyində səsvermə
Azərbaycanın Minskdəki səfirliyində səsvermə - Sputnik Azərbaycan
Azərbaycanın Minskdəki səfirliyində səsvermə

Səfir onu da qeyd edib ki, Azərbaycan və Belarus liderləri tezliklə — bu ilin birinci yarımilində Minskdə görüşəcəklər: "Bu isə ölkələrimiz arasındakı münasibətləri daha da möhkəmləndirmək isitqamətində daha bir addım olacaq".

Səfir fürsətdən istifadə edərək belarusları Pasxa bayramı münasibətilə də təbrik edib və bu bayramın belarus xalqı üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Xəbər lenti
0