Türkiyəyə aid hərbi texnika Suriya ilə sərhədə doğru hərəkət edir

Əsəd rejimi hərbi bazalarını boşaldır

68
(Yenilənib 20:51 11.04.2018)
Xatırladaq ki, ABŞ prezidenti Suriyaya istiqəmətlənmiş hücumların olacağı ilə bağlı tvitterdə yazmışdı

BAKI, 11 aprel — Sputnik. Suriyanın hava limanları və hərbi bazaları boşaldır. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Suriya İnsan Haqları Rəsədxanası ABŞ hücumu təhlükəsi olduğuna görə Əsəd rejiminin hava limanlarını və hərbi bazaları boşaltdığını bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Suriyaya istiqəmətlənmiş hücumların olacağı ilə bağlı öz "Twitter" səhifəsində yazmışdı: "Rusiya Suriyaya atılacaq hər raketi, bütün raketləri vurmağa söz verib. Hazır ol Rusiya, çünki raketlər gələcək və bu raketlər "ağıllı" olacaq".

Tramp ilk tvitindən 40 dəqiqə sonra yeni bir tvit ataraq Rusiya ilə münasibətlərə toxunub.

"Rusiya ilə münasibətlərimiz, Soyuq Müharibə dönəmi də daxil olmaqla, ən pis səviyyədədir. Bunun bir səbəbi yoxdur. Rusiyanın iqtisadiyyatına yardım etməyimiz üçün bizə ehtiyacı var. Bu, çox asan bir şeydir. Bütün millətlər birlikdə çalışmalıdır. Silahlanmağı dayandırın", — deyə ABŞ prezidenti qeyd edib.

68
Teqlər:
Tramp, Bəşər Əsəd, Suriya, hərbi baza, Rusiya, hava limanı, ABŞ
Əlaqədar
Trampdan Rusiyaya şok xəbərdarlıq: “Hazır ol, raketlər gəlir!”
Rusiyaya qarşı sanksiyaları götürmək səlahiyyəti Trampdan alına bilər
Tramp yenə təəccübləndirdi: "Rusiya ilə barışacağıq"
Artıq Tramp "Rusiya" kəlməsini dilə gətirə bilməyəcək
Donald Tramp Rusiya və Ukraynaya çağırış etdi