Azərbaycan Respublikasının Astanadakı səfirliyində səs verən seçici

Bir fincan çay Qazaxıstanda Azərbaycan prezidenti seçilir

119
(Yenilənib 18:28 11.04.2018)
Qazaxıstanın üç şəhərində - Astanadakı Azərbaycan səfirliyində, səfirliyin Alma-Atıdakı ofisində və Aktaudakı baş konsulluqda səsvermə üçün seçki məntəqəsi yaradılıb

BAKI, 11 aprel — Sputnik. Qazaxıstandakı seçki məntəqələrində Azərbaycan pezidentinin seçilməsi üçün səsvermə keçirilir. Ən fəal seçicilər xoşlarına gələn namizədə səs vermək üçün səhər saat 08:00-da seçki mənrəqələrinə tələsiblər.

Qazaxıstanın üç şəhərində səsvermə üçün seçki məntəqəsi yaradılıb: Astanadakı Azərbaycan səfirliyində, səfirliyin Alma-Atıdakı ofisində və Aktaudakı baş konsulluqda.

Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Astanada keçirilmiş prezident seçkilərində
© Sputnik /
Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Astanada keçirilmiş prezident seçkilərində

"Bu gün bizim səfirlikdə digər seçki məntəqələrində olduğu kimi səsvermə üçün hər cür şərait yaradılıb. Səhər saat 08:00-dan axşam saat 19:00-dək seçki məntəqələri açıq olacaq. Azərbaycanlılar çox fəallıq nümayiş etdirirlər. Qeyd etmək istəyirik ki, qapılarımız hər kəsin üzünə açıqdır. KİV, ictimai təşkilarlar istənilən vaxt gəlib çəkiliş apara bilərlər" — deyə Sputnik Qazaxıstan-a Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov bildirib.

Səfir qeyd edib ki, Qazaxıstan konsulluğunda 2500-dək Azərbaycan vətəndaşı qeydə alınıb. Onlardan 500-ü paytaxtda yaşayır, bir o qədəri də Alma-Atıda. 1500-dək azərbaycanlı isə Aktauda yaşayır.

Seçkilərin şəffaf keçməsi üçün onu ictimaiyyətin nümayəndələri müşahidə edir. Məntəqələrdə seçkinin gedişini videokameralar da qeydə alır.

"Gün ərzində səsvermə ilə bağlı statistika və azı iki videoreportaj MSK-ya göndərilir" — deyə səfir bildirib.

Bir fincan çayla seçki

Günün birinci yarısında 120 nəfər səs verib. Böyüklər və gənclər səs verdikdən sonra bir fincan çayla seçkilərin əhəmiyyətini müzakirə edirlər. Qazaxıstandakı Azərbaycan diasporunun fəallarından biri olan Zakir Binnətli xatırladıb ki, ilk dəfə Azərbaycanda 2003-cü ildə prezident seçkilərində iştirak edib.

"Səsvermənin keçirilməsində xeyli fərq var. Bir nəfərin ikinci dəfə səs verməsi mümkün deyl. Mən səs verəcəyim namizədi çoxdan müəyyən etmişəm. Cəmiyyətdəki müsbət dəyişikliklər göstərir ki, bizim seçimimiz doğrudur. Biz düz yoldayıq" — deyə Binnətli Sputnik Qazaxıstan-a bildirib.

Azərbaycan Respublikasının Astanadakı səfirliyində səs verən seçici
© Sputnik /
Azərbaycan Respublikasının Astanadakı səfirliyində səs verən seçici

15 ildir Qazaxıstanda yaşayan Binnətli üçün bu seçkilər böyük önəm daşıyır. Çünki onun tarixi vətənində ailəsi yaşayır və o, tez-tez buranı ziyarət edir.

"Azərbaycan böyük inamla, bütün sahələrdə, elmdə, mədəniyyətdə irəliyə doğru addımlayır. Mən Qazaxıstanda demək ola ki, yerli ictimaiyyətlə qaynayıb-qarışmışam. Amma daim Azərbaycana gedirəm. Azərbaycanla Qazaxıstanın mədəniyyətləri oxşardır. Mən burada xalçaların satışı ilə məşğulam. Məsələ ondadır ki, qazaxlar bizim xalçaları görəndə elə reaksiya verirlər ki, sanki, bu onlar üçün doğmadır" — deyə Binnətli bildirib.

"Mən Brejnevə də səs vermişəm"

Qazaxıstandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzləri İttifaqının prezidenti Vidadi Salahov isə seçki məntəqəsinə birinci gəlib. Əslən azərbaycanlı olan Salahov hazırda Qazaxıstan vətəndaşıdır. Amma özünü prezident seçkilərinə gəlməkdən saxlaya bilməyib.

Azərbaycan Respublikasının Astanadakı səfirliyində səs verən seçici
© Sputnik /
Azərbaycan Respublikasının Astanadakı səfirliyində səs verən seçici

"Mən öz əsrimdə o qədər seçki görmüşəm ki. Mən Brejnevi də seçmişəm! 90-cı illərdə Azərbaycan prezidentini də seçmişəm. O vaxtlar insanlar seçkilərə sovet təfəkkürü ilə yanaşırdı. Mövqe yox idi, kimin şəklini assalar, ona da səs verirdilər. Başqa cür ola bilməzdi. İndi isə demokratiyanın təsiri görünməkdədir. Adam özü istədiyini seçir, heç kim onu təqib etmir və onun hüquqlarını pozmur. Hətta əgər o, hakimiyyətdən, yaxud konkret şəxsdən narazı olsa belə" — deyə Salahov Sputnik Qazaxıstan-a bildirib.

Tarix elmləri doktoru Vidadi Salahov əlavə edib ki, passiv vətəndaşların mövqeyini dəstəkləmir. O hesab edir ki, seçkiyə getmək hər kəsin vətəndaşlıq borcudur.

Xatırladaq ki, bu gün Azərbaycanın bütün ərazisində eləcə də Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində Azərbaycan Respublikası prezidentinin seçkiləri keçirilir. Seçkilərdə prezidentlik uğrunda başda hazırkı prezident — Yeni Azərbaycan Partiyasınını namizədi İlham Əliyev olmaqla 8 namizəd mübarizə aparır.

119
Teqlər:
seçici, Qazaxıstan, seçki, prezident
Əlaqədar
Ən aktiv və passiv seçki dairələri bəlli oldu
Polis generalı seçki məntəqələrindəki vəziyyətə aydınlıq gətirdi
MSK sədrindən seçki xəbərdarlığı
Ekspert: “Seçki ərəfəsində sorğular həqiqəti əks etdirir”