Almaniya kansleri Angela Merkel

ABŞ-ın Rusiyaya vurduğu "zərbə" Almaniyaya dəydi

87
(Yenilənib 17:45 11.04.2018)
ABŞ-ın İqtisadiyyat Nazirliyi aprelin 6-sında 24 rusiyalı iş adamlarına sanksiya tətbiq edib

BAKI, 11 aprel — Sputnik. ABŞ-ın sanksiyaları nəticəsində Almaniyanın iqtisadiyyatı yaxın illərdə bir neçə milyard avro itirəcək. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, yaxın zamanlarda dəyən ziyanın miqdarı 100 milyon avro olacaq.

Rusiyada fəaliyyət göstərən və əməkdaşlıq edən Almaniya şirkətləri — məsələn, "Qrup Qaz", "Renova", "Rusal" kimi şirkətlər Amerikanın sanksiyasına düşənlər siyahısındadır.

ABŞ-ın İqtisadiyyat Nazirliyi aprelin 6-sında 24 rusiyalı iş adamlarına sanksiya tətbiq edib. Siyahıya düşənlər arasında xüsusilə Oleq Deripaska, İqor Retoberq, Biktor Bekselberq, Süleyman Kərimov, Kiril Şamalov, Aleksey Miller var.

Qeyd edək ki, sanksiyaların tətbiqi siyahı üzvlərinin ABŞ-ın aktivlərini məhdudlaşdırır. Eyni zamanda ABŞ-a həmin fiziki şəxslərin girişi qadağan edir, habelə ABŞ sahibkarları sadalanan şəxslərlə və ya şirkətlərlə işgüzar münasibətləri saxlamamaq nəzərdə tutulur.

87
Teqlər:
100 milyon avro, sanksiya, Almaniya, ABŞ, iqtisadiyyat
Əlaqədar
Artıq Tramp "Rusiya" kəlməsini dilə gətirə bilməyəcək
Donald Tramp Rusiya və Ukraynaya çağırış etdi
Tramp yenə təəccübləndirdi: "Rusiya ilə barışacağıq"