Mərkəzi Seçki Komissyası

MSK-dan açıqlama var: Saxta məlumatların ciddi qəbul edilməsi qeyri-mümkündür

41
(Yenilənib 17:16 11.04.2018)
"Onların əsas məqsədi ölkəmizdə keçirilən azad, demokratik və ədalətli seçkilərə kölgə salmaqdır"

BAKI, 11 aprel — Sputnik. 2018-ci il aprelin 11-də keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı şəraitində və ümumən qanunvericiliyin tələblərinə uyğun keçir. Bu barədə Sputnik Azərbaycan-a Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən bildirilib.

Vurğulanıb ki, ümumilikdə seçkilər dövrü və səsvermə günü hazırki vaxta qədər hər hansı qanun pozuntusunun olmasına dair Mərkəzi Seçki Komissiyasına heç bir rəsmi məlumat daxil olmayıb: "Lakin sosial şəbəkələrdə seçkilərin demokratikliyinə və şəffaflığına kölgə salmaq istəyən bəzi maraqlı qüvvələr (Meydan TV və onun yaydığı məlumatları tirajlayan 2-3 maraqlı subyekt) tərəfindən həqiqətə uyğun olmayan və heç bir fakta söykənməyən uydurma məlumatlar yayılır".

"Belə saxta məlumatlara misal olaraq demək olar ki, guya 17 saylı Yasamal üçüncü seçki dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrində seçki qutularının standartlara cavab verməməsi, komissiya üzvlərinin yuxarıdan tapşırıqla işlədiklərini etiraf etmələri, seçki qutusuna topa bülleten atılması kimi ciddi qanun pozuntularının baş verdiyini müşahidəçi Əli Zeynalova istinadən iddia edilir. Halbuki həmin şəxs qeyd edilən dairənin ərazisində və məntəqələrdə ümumiyyətlə müşahidə aparmayıb" — MSK-dan bildirilib.

Əlavə edilib ki, 52 saylı məktəb 15 saylı seçki dairəsinin ərazisində olduğu halda, həmin məktəbdə 17 saylı seçki dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrinin yerləşməsi, 57 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi mövcud olmadığı halda həmin dairədə qanun pozuntularının baş verməsinin iddia edilməsi, anonim müşahidəçilər adından onlara maneələrin yaradılması da bu qəbildəndir.

MSK-da hesab edir ki, bu kimi saxta məlumat yayan internet resurslarının və sosial şəbəkə profillərinin əsas məqsədi ölkəmizdə keçirilən azad, demokratik və ədalətli seçkilərə kölgə salmaq, eyni zamanda beynəlxalq və yerli müşahidəçilərə yanlış məlumat vermək və onları yanıltmaq məqsədi daşıyır: "60000-dən artıq yerli və beynəlxalq müşahidəçinin heç bir maneə olmadan fəaliyyət göstərdiyi və 1000 veb-kamera vasitəsilə "online" rejimdə birbaşa izləmə imkanı təmin edilən bir şəraitdə yayılan bu cür saxta məlumatların ciddi qəbul edilməsi qeyri-mümkündür".

Komissiya xüsusi olaraq vurğulayır ki, Azərbaycan seçicilərinin hüquqlarının qorunması üçün zəruri olan bütün tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək, mümkün pozuntuların qarşısının almaq və hər hansı bir pozuntu baş verdiyi tədqirdə nəticələrinin aradan qaldırılması istiqamətində lazımi addımlar atacaq.

41
Teqlər:
sosial şəbəkə, MSK, Mərkəzi Seçki Komissiyası, prezident seçkiləri, Azərbaycan Respublikası
Əlaqədar
Seçki məntəqələrində maraqlı kadrlar - FOTOLENT
Tbilisi və Batumidə Azərbaycan vətəndaşları üçün məntəqələr yaradılıb
MDB PA müşahidə missiyasının rəhbəri seçki prosesinə münasibətini açıqladı
XİN-dən sərt bəyanat: Müşahidəçiləri yanlış istiqamətə yönləndirmək istəyirlər
Məhbuslar prezident seçkisində iştirak edir
Aşura günü qanvermə aksiyası, arxiv şəkli

Qarşıdan Aşura Günü gəlir, qanvermə aksiyası harda olacaq?

1
Milli Hematologiya və Transfizuologiya Mərkəzinin bir neçə şöbəsi də qanvermə aksiyası üçün ayrılacaq.

BAKI, 15 avqust — Sputnik. "Pandemiya ilə əlaqədar məscidlər işləməyəcək. Bu il Mərkəzi Qan Bankına yaxınlaşaraq və qaydalara riayət edərək vətəndaşlarımız qanvermə aksiyasında iştirak edə bilərlər".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya mərkəzinin direktor müavini, klinik mikrobioloq, tibb üzrə fəlsəfə doktoru Qumral Ələkbərova deyib.

O qeyd edib ki, bu il Milli Hematologiya və Transfizuologiya Mərkəzinin bir neçə şöbəsi də qanvermə aksiyası üçün ayrılacaq.

 

 

1
Bakı bulvarına mənzərə, arxiv şəkli

Sabah Bakıda hava dəyişkən buludlu küləkli olacaq

1
(Yenilənib 14:25 15.08.2020)
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

BAKI, 15 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-22, gündüz 27-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

16 avqustda Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 28-32, dağlarda gecə 9-13, gündüz 14-18 dərəcə isti olacaq.

1