Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev

DTX rəisi: "Hazırda heç bir təhlükə yoxdur"

215
(Yenilənib 10:16 11.04.2018)
Mədət Quliyev: "Azərbaycan dünyada ən təhlükəsiz dövlətlərdən biridir"

BAKI, 11 aprel — Sputnik. "Azərbaycan dünyada ən təhlükəsiz dövlətlərdən biridir. Azərbaycanın daxilində heç bir təhlükə yoxdur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu prezident seçkilərində səs verərkən jurnalistlərə açıqlama verən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

Onun sözlərinə görə, yalnız ölkədən kənarda Azərbaycana qarşı siyasət aparanlar var: "Bunun da qarşısı ölkə rəhbərliyi tərəfindən alınır. Hazırda heç bir təhlükə yoxdur. Hamı rahat şəkildə səsvermədə iştirak edə bilir. Seçki aktiv gedir. İnsanlar gəlir, öz siyasi iradəsini bildirir".

"Biz xoşbəxt adamlarıq. Azərbaycan dünyada tanınır. Prezident İlham Əliyev 9 apreldə öz fikirlərini və gələcək proqramını da dedi. Bilirsiniz ki, verilən vədlərin hamısı yerinə yetirilir", — M.Quliyev bildirib.

215
Teqlər:
səsvermə, Mədət Quliyev, Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan, təhlükə
Əlaqədar
MSK sədrindən seçki xəbərdarlığı
Politoloq: “Ermənistan inanmalıdır ki, münaqişənin həlli vaxtıdır”
Seçki 2018: hadisələrin xronikası
Prezident seçkiləri - 2018: İnteraktiv infoqrafika
Artilleriya atəşi, arxiv şəkli

Laçının Səfiyan kəndindəki bölmələrimiz artilleriya atəşinə tutulub

4
(Yenilənib 08:24 26.10.2020)
Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

BAKI, 26 oktyabr - Sputnik. Oktybarın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin dünən yaydığı məlumata əsasən, Dağlıq Qarabağda humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

4
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Автомобили ОБСЕ на линии соприкосновения, фото из архива

Minsk qrupu bəyanat yaydı: Həmsədrlər xarici işlər nazirləri Cenevrədə görüşəcək

290
(Yenilənib 00:52 26.10.2020)
Həmsədrlər və xarici işlər nazirləri Cenevrədə görüşərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün lazım olan bütün addımları müzakirə etmək, razılığa gəlmək və həyata keçirməyə başlamaq üçün baza prinsiplərinə uyğun olaraq yenidən bir araya gələcəklər

BAKI, 26 oktyabr - Sputnik. Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər.

Sputnik Azərbaycan ATƏT-ə istinadla xəbər verir ki, bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Məlumata görə, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də görüşlərdə iştirak edib.

Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. 

Həmsədrlər tərəflərə hərbi əməliyyatları dərhal dayandırmağa və ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsində Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün əsaslı danışıqları bərpa etməyə çağıran Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putinin 1 Oktyabr 2020-ci il tarixli ortaq bəyanatını, həmçinin Amerika Birləşmiş Ştatları Dövlət Katibi Maykl Pompeonun, Fransanın Avropa və Xarici İşlər Naziri Jan-İv Le Drianın və Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovun 5 oktyabrdakı birgə bəyanatını xatırladıblar.

Həmsədrlər və xarici işlər nazirləri intensiv müzakirələr zamanı təcili humanitar atəşkəsin tətbiq olunmasını, atəşkəsin monitorinqinin mümkün parametrlərini və 10 oktyabrdakı birgə bəyanata uyğun olaraq hərtərəfli həll yolunun əsas substantiv elementlərinin müzakirəsinə başlamağı müzakirə ediblər. Həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə görüşərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək, razılığa gəlmək və həyata keçirməyə başlamaq üçün Azərbaycan və Ermənistan liderləri tərəfindən qəbul edilən baza prinsiplərinə uyğun olaraq yenidən bir araya gəlməyi qəbul ediblər.

Bəyanatı ATƏT-in Minsk qrupunun həmsədrləri- Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və Amerika Birləşmiş Ştatlarından Andryu Şofer yayıblar.

290
Əlaqədar
Minsk Qrupu həmsədrləri Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıblar
Minsk qrupu gəlib hesabat versin görək, münaqişə niyə həllini tapmayıb - Türkiyə XİN
Ərdoğan: ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həllini uzatmağa çalışır
Rusiya prezidenti: Minsk qrupu formatını bir az dəyişmək olar
ABŞ Dövlət Departamenti Qarabağda humanitar atəşkəs barədə bəyan edib