Aprelin 11-də Azərbaycanın bütün ərazisində Azərbaycan Respublikası prezidentinin seçkiləri keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, prezident postu uğrunda 8 namizəd mübarizə aparır.
Prezident seçkiləri 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilir. Daimi seçki məntəqələri 5426, müvəqqəti seçki məntəqələri isə 215-dir.
Beynəlxalq müşahidəçilərin sayı 890 (60 təşkilat, 59 ölkə), yerli müşahidəçilər isə 58 min 175 nəfərdir.
Səsvermə saat 19:00-da başa çatıb.