Yağış və dolunun yaratdığı fəsadlar

Bəzi rayonların sakinlərinə xəbərdarlıq

446
(Yenilənib 13:16 10.04.2018)
Qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir

BAKI, 10 aprel — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-9, gündüz 16-21, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Aprelin 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insalar üçün əlverişlidir.

446
Teqlər:
dəyişkən buludlu, hava şəraiti, Abşeron yarımadası, temperatur, Bakı, yağış
Əlaqədar
Əhaliyə xəbərdarlıq - Külək əsəcək, yağış yağacaq, dolu düşəcək
Sabaha yağış və qar gözlənilir - Xəbərdarlıq
Hava xəbərdarlığı: Yağış, külək, qar
Faktiki hava şəraiti açıqlandı: Yağış, qar, güclü külək

Ali Baş Komandan Birinci Vitse-prezident hərbçilərlə görüşüb

19
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.

BAKI, 30 sentyabr — Sputnik. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

19

Hikmət Hacıyev: "Ermənistanın iki "Su-25" təyyarəsi dağa çırpılaraq partlayıb"

32
(Yenilənib 14:11 30.09.2020)
Prezidentin köməkçisi: "Yaxşı olardı ki, Ermənistanın hərbi rəhbərliyi ikinci təyyarə və onun pilotu barədə də məlumat verərdi, nəinki başqa hansısa tərəfləri ittiham edərdi".

BAKI, 30 sentyabr — Sputnik. "Ermənistan Silahlı Qüvvələrinə məxsus "Su-25" tipli döyüş təyyarəsinin guya Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 təyyarəsi tərəfindən vurulması barədə açıqlamalar tamamilə cəfəngdir və Ermənistanın növbəti dezinformasiyasıdır".

Sputnik Azərbaycan xəbər verir ki, APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfdə olan məlumata görə, sentyabrın 29-da Ermənistan ərazisində iki "Su-25" tipli təyyarə havaya qalxıb:

"Hər iki təyyarə dağa dəyərək partlayıb və məhv olub. Bu da onu göstərir ki, Ermənistanın hərbi rəhbərliyi öz vətəndaşlarına, ictimaiyyətinə düzgün məlumat vermir. Yaxşı olardı ki, Ermənistanın hərbi rəhbərliyi ikinci təyyarə və onun pilotu barədə də məlumat verərdi, nəinki başqa hansısa tərəfləri ittiham edərdi.

Ermənistanın guya münaqişədə üçüncü tərəfin iştirak etməsi barədə açıqlamaları tamamilə cəfəngdir və bunun heç bir əsası yoxdur. Bu, Ermənistanın diqqəti özünün təcavüzkar siyasətindən yayındırmaq cəhdlərindən başqa bir şey deyil. Ona görə də Ermənistanın ərazisindən iki ədəd "Su-25" təyyarəsini hansı məqsədlə qalxması və hansı şəraitdə dağa çırpılaraq partlaması, pilotların həlak olması məsələsini araşdıraraq Ermənistan ictimaiyyətinə məlumat vermələrini tövsiyə edirik".

32