Bakı sakinlərinə xəbərdarlıq - Diqqətli olun

© AFP 2023 / KIRILL KUDRYAVTSEVF1 komandasının pilotu Luis Hamilton Baku City Circuit'də Mercedes AMG Petronas bolidini idarə edir
F1 komandasının pilotu Luis Hamilton Baku City Circuit'də Mercedes AMG Petronas bolidini idarə edir - Sputnik Azərbaycan
Abunə olmaq
Əlaqədar qurumlar tərəfindən bu ərazilərdə yaşayanlara giriş üçün eyni icazə sənədi təqdim olunacaq

BAKI, 9 aprel — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətin diqqətinə çatdırır ki, şəhər sakinləri yarış ərəfəsində trek ətrafında maneəsiz şəkildə hərəkət edə biləcəklər.

Formula-1 - Sputnik Azərbaycan
İDMAN
Formula 1 yarışına vauçer alanların nəzərinə!

Belə ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər günboyu açıq olacaq və bununla yanaşı piyadalar trekin müəyyən yerlərində quraşdırılacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. 

Nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər, ikinci zonaya Azadlıq Meydanı və ona yaxınlığında yerləşən digər ərazilər aiddir. Üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edir.

Əlaqədar qurumlar tərəfindən bu ərazilərdə yaşayan sakinlərə, kirayənişinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara bütün zonalara giriş üçün eyni icazə sənədi təqdim olunacaq. İcazə sənədi yalnız 2018 Formula 1 Azərbaycan Qran Prisi zamanı yol məhdudiyyətləri tətbiq edilən müddət (23 Aprel — 1 May) üçün etibarlıdır. İcazə sənədini aprelin 12-dən 23-dək aşağıda hər bir zonaya uyğun olaraq göstərilən nöqtələrdən əldə etmək mümkündür:

© Photo : BŞH mətbuat xidmətiNəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər
Nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər - Sputnik Azərbaycan
Nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər

İcazə sənədi nəqliyyat vasitəsinin ön şüşəsinin sağ tərəfinin aydın görünən aşağı hissəsinə yerləşdirilməlidir. İtirilmiş, oğurlanmış və ya yararsız hala düşmüş sənəd yenisi ilə əvəz olunmayacaq. Yarış ərəfəsində yalnız icazə sənədinə sahib nəqliyyat vasitələri bu zonalara buraxılacaq və onların istənilən zonaya daxil olmasına icazə veriləcək.

Məlumat üçün bildirək ki, 1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı 00:00-dan 06:00-dək icazə veriləcək. 3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində giriş imkanı olacaq və icazə sənədi olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər. 1-ci zonaya giriş Azneft dairəsi, 2-ci zonaya giriş Rəşid Behbudov küçəsi və 3-cü zonaya giriş Lermontov küçəsi (Şəlalələr parkı) tərəfdən olacaq.

Nəqliyyatın fasiləsiz hərəkəti üçün təyin olunan alternativ yollarla xəritədə tanış ola bilərsiniz. Bu xəritədə həmin yollar mavi rənglə göstərilib. Həmin küçələrdə nəqliyyatın hərəkətinə icazə verilsə də, bu yerlərdə parklanma qadağan olunacaq. Qırmızı rənglə göstərilən küçələrdə isə aprelin 23-ü gecə saat 01:00-dan etibarən mayın 1-i saat 06:00-a qədər nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq.

Защитный барьер Формулы-1 в Баку - Sputnik Azərbaycan
Sərnişinlərə "Formula 1" ilə bağlı önəmli məlumat

Həmçinin bu il konsert və əyləncə proqramlarının Kristal Zalda keçirilməsi ilə əlaqədar olaraq, Azneft dairəsindən Dövlət Bayrağı Meydanına qədər olan yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Yalnız yuxarıda qeyd olunan icazə sənədinə sahib nəqliyyat vasitələri bu əraziyə buraxılacaq.

Qeyd edək ki, aprelin 25-dən mayın 1-dək dənizkənarı bulvarın Dəniz vağzalından Azneft dairəsinədək olan hissəsinə giriş bağlı olacaq. Aprelin 26-ı, saat 13:00-dan etibarən yarış günlərində yalnız bilet sahiblərinin bu zonaya giriş-çıxışına icazə veriləcək.

Şəhər sakinləri və qonaqlar yuxarıda qeyd olunan günlər ərzində Park Bulvar alışveriş mərkəzindən istifadə edə biləcəklər.

Həmin günlər ərzində xəritədə rənglərlə verilmiş bütün küçələrdə nəqliyyatın hərəkətinə nəzarət Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.

Xəbər lenti
0