Fələstin bayrağı, arxiv şəkli

Fələstində ölənlərin sayı 32 nəfərə çatıb

20
(Yenilənib 15:47 09.04.2018)
İsrail blokadası altında olan Qəzza zolağında 30 martda keçirilən dinc yürüş zamanı yaralanan fələstinli Mervan Avad Kudeyh bu səhər həyatını itirib

BAKI, 9 aprel — Sputnik. İsrail blokadası altında olan Qəzza zolağında 30 martda keçirilən "Böyük qayıdış yürüşü" zamanı yaralanan fələstinli Mervan Avad Kudeyh bu səhər həyatını itirib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, dinc yürüş zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində yaralanan fələstinli Kudeyh müalicə aldığı xəstəxanada ölüb.

Bununla da, 30 martdan bəri davam edən dinc aksiyalarda İsrail əsgərləri tərəfindən öldürülən fələstinlilərin sayı 32-yə çatıb. Dinc nümayişlərdə 2850-dən çox fələstinli də yaralanıb. Qəzzadakı xəstəxanalarda müalicələri davam edən bəzi yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, fələstinlilər "Torpaq Günü"nün 42-ci ildönümü çərçivəsində martın 30-dan etibarən blokada altındakı Qəzza zolağının İsrail sərhədində dinc aksiyalar keçirir. Fələstinlilər dinc aksiyaları may ayının ortasına qədər davam etməyi planlaşdırır. "Torpaq Günü" fələstinlilərin göstərdiyi müqavimətin rəmzi olaraq göstərilir.

20
Teqlər:
"Torpaq Günü", dinc aksiya, dinc yürüş, nümayiş, Qəzza, İsrail
Əlaqədar
Türkiyə yenə Qəzza zolağına humanitar yardım göndərəcək
Dünya bankı: Qəzza üstü açıq həbsxanaya çevrilib
Fələstin – İsrail qarşıdurması yenidən şiddətlənir
Vəziyyət gərginləşdi: ABŞ təmsilçisindən Fələstin liderinə böyük hörmətsizlik
Fələstin ABŞ-dan imtina etdi: Daha vasitəçi ola bilməz