Защитный барьер Формулы-1 в Баку

Sərnişinlərə "Formula 1" ilə bağlı önəmli məlumat

94
(Yenilənib 14:27 09.04.2018)
28 May və İçərişəhər metro stansiyaları isə səhər saat 06:00-dan gecə saat 02:00-dək xidmət göstərəcək

BAKI, 9 aprel — Sputnik. Trekin yaxınlığından keçən ictimai nəqliyyat vasitələri Azərbaycan Qran Prisi ərəfəsində intensiv fəaliyyət göstərəcək

Sputnik Azərbaycan xəbər verir ki, 27-29 aprel tarixlərində Bakının mərkəzi küçələrində baş tutacaq 2018 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində tamaşaçıların trekə, dənizkənarı bulvarda yerləşən F1 Şəhərciyinə və bilet aldıqları tribunalara asan şəkildə yaxınlaşmasını təmin edəcək ictimai nəqliyyat vasitələrinin adları bəlli olub.

Dünyaca məşhur DJ Afrojack
© AFP 2021 / ROBYN BECK

Yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən trekin yaxınlığından keçən 65, 5 və 53 nömrəli avtobuslar səhər saat 06:00-dan gecə saat 04:00-dək, 28 May və İçərişəhər metro stansiyaları isə səhər saat 06:00-dan gecə saat 02:00-dək xidmət göstərəcək. Sahil metrosu aparılan müvəqqəti təmir-tikinti işləri ilə əlaqədar fəaliyyət göstərməyəcək.

Trekə gəlmək üçün 65 nömrəli avtobusun xidmətindən yararlanmaq istəyən tamaşaçılar Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək bilet aldığı tribunaya qədər piyada hərəkət etməlidirlər.

Yarış ərəfəsində 65 nömrəli avtobus bu dayanacaqlardan keçəcək: Ə.Cavad küçəsi – Azərbaycan prospekti – Füzuli meydanı – Z.Əhmədbəyov küçəsi – Tbilisi prospekti – 20 Yanvar küçəsi – A.Məhərrəmov küçəsi – Mir Cəlal küçəsi. Bu avtobus 5 dəqiqəlik intervalla hərəkət edəcək.

Trekə 5 nömrəli avtobusla gəlmək istəyən tamaşaçılar Rəşid Behbudov ilə Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. Yarış ərəfəsində 5 nömrəli avtobusun keçəcəyi dayanacaqlar bunlardır: N.Nərimanov metro stansiyası – 28 May metro stansiyası (Salatın Əsgərova küçəsi) – 28 May metro stansiyası (Cəfər Cabbarlı küçəsi) – 28 May küçəsi (Səməd Vurğun bağı) – Nizami küçəsi və R.Behbudov küçəsi (Rəşid Behbudov adına Mahnı Teatrının yanı). Bu avtobus 3 dəqiqəlik intervalla hərəkət edəcək.

Trekə 53 nömrəli avtobus vasitəsilə gəlmək istəyən bilet sahibləri Bakı Əloyunları Sarayının qarşısında yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya tərəf piyada getməlidirlər. Yarış ərəfəsində 53 nömrəli avtobus aşağıdakı dayanacaqlardan keçəcək: Bayıl (20-ci sahə) – Bakı Su İdmanı Sarayı – Milli Bayraq Meydanı – Bakı İdman Sarayı (Funikulyorun yanı). Bu avtobus 6 dəqiqəli intervalla hərəkət edəcək.

Yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər günboyu açıq olacaq və həmçinin piyadalar trekin müəyyən yerlərində qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. 

Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, həmçinin Xaqani ilə Rəşid Behbudov və Azadlıq Prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşəcək.

Qeyd edək ki, aprelin 25-dən mayın 1-dək dənizkənarı bulvarın Dəniz vağzalından Azneft dairəsinədək olan hissəsinə giriş bağlı olacaq. Aprelin 26-ı, saat 13:00-dan etibarən yarış günlərində yalnız bilet sahiblərinin bu zonaya giriş-çıxışına icazə veriləcək.

Şəhər sakinləri və qonaqlar yuxarıda qeyd olunan günlər ərzində Park Bulvar mərkəzindən istifadə edə biləcəklər.

Həmin günlər ərzində xəritədə rənglərlə verilmiş bütün küçələrdə nəqliyyatın hərəkətinə nəzarət Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.

94
Robert De Niro

Robert De Niro çəkiliş meydançasında yaralanıb

2
(Yenilənib 22:02 16.05.2021)
Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

BAKI, 16 may — Sputnik. Məşhur aktyor Robert De Niro çəkiliş meydançasında yaralanıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyorun ayağı zədələnib. 77 yaşlı De Niro vəziyyətinin ağır olduğunu, çəkilişlərə davam edə bilməyəcəyini bildirib. Məşhur aktyor bu yaxınlarda Oklahomada Martin Skorsezenin "Killers of the Flower Moon" filminin çəkiliş meydançasında ayağından zədələnib.

Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

Eləcə də oxuyun:

Məşhur aktyor "Qızıl Qlobus" mükafatını geri qaytarıb

Doyunca gülmək istəyənlər üçün Əlixan Rəcəbovdan yeni bir film - VİDEO

Aktyorun dediyi söz başına bəla oldu - VİDEO

 

 

2
Edvgerial saytın istifadəçisi

ƏDV-nin qaytarılmasında nüanslar: daha tez mümkündürmü?

3
(Yenilənib 21:47 16.05.2021)
Bu ilin ilk rübündə çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Bu da "ƏDV geri al" layihəsinə olan marağın sürətlə artmasını göstərir. İqtisadçılar ƏDV-nin geri qaytarılması məsələsindən danışıblar.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. 2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir. Həmin dövrdən 2021-ci ilin 1-ci rübünün sonunadək istehlakçılara 60,2 milyon manat geri qaytarılıb. 2021-ci ilin 1-ci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Bu da "ƏDV geri al" layihəsinə olan marağın sürətlə artmasını göstərir.

Bəs maraqlıdır, hansı mal və məhsullara ƏDV tətbiq edilmir? Vətəndaşa ƏDV-nin 1 ay içərisində deyil, daha tez geri qaytarılması mümkündürmü?

İqtisadçı Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, kənd təsərrüfatı məhsulları, çörək, un və digər bir sıra məhsullar ƏDV-dən azaddır:

"Xüsusilə yeni nəsil kassa aparatlarında hər bir məhsul növü üzrə ƏDV ayrıca hesablanır. ƏDV-nin hesablanması 0-18 faiz arasında aparılır. Ola bilər ki, vətəndaşın marketdən aldığı məhsulların bir çoxu ƏDV-dən azaddır və belə olan halda az ƏDV geri qaytarılır. Ümumiyyətlə, ticarət müəssisələrinin ƏDV-nin hesablanması prosesi ilə heç bir əlaqəsi yoxdur".

Ekspertin fikrincə, ƏDV-nin daha tez geri qaytarılması mümkün deyil: "1 ay ərzində Vergi Xidməti yoxlamalar aparır. Bu proses kütləvi şəkildə olduğu üçün burada 1 ay vaxt lazım olur".

İqtisadçı Radil Fətullayev də Sputnik Azərbaycan-a deyib ki, bütün məhsullar ƏDV-yə cəlb edilmir: "Məsələn, damazlıq heyvanların, toxum və tinglərin, mineral gübrələrin, pestisidlərin idxalı və satışı, heyvan və quş ətinin satışı, kəpəyin istehsalı və satışı, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr, külçə, sikkə və ya qranula şəklində qızılın və gümüşün satışı ƏDV-dən azaddır".

ƏDV-nin daha tez geri qaytarılması məsələsinə də toxunan iqtisadçı bildirib ki, qanuna görə, 15 gün ərzində vətəndaşın məhsulu və ya malı mağazaya geri qaytarmaq hüququ var: "Ona görə də ƏDV-nin vətəndaşa geri qaytarılması 15 gündən tez ola bilməz və bu proses 1 ay çəkir. Ola bilər, vətəndaş 15 gün ərzində mağazadan aldığı malı geri qaytarsın".

O bildirib ki, yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır:

"Onsuz da yanacaqdoldurma məntəqələri kassa çekini vururdular. Burada əsas hədəf kassa çekini vurmayan müəssisələri buna təşviq etməkdir. Başqa sözlə, bu istiqamətdə ictimai nəzarəti artırmaqdır".

Xatırladaq ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi müvəkkil banklar tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual "pul qabı"na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.

Eləcə də oxuyun: 

* ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisi artıb

Banklar Assosiasiyasından vətəndaşların narazılığına səbəb olan məsələ ilə bağlı açıqlama

"Məsələ ciddidir. Biz isə yumor, ironiya istedadımızı nümayiş etdiririk"

3
Teqlər:
müddət, qaydalar, qaytarılma, vətəndaş, ƏDV