İsraildən Suriyaya qorxunc zərbə

© AFP 2023 / JACK GUEZ İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki F-15 təyyarəsi
İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki F-15 təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Suriyanın Tifor aerodromuna aviazərbəni İsrailin Hərbi Hava Qüvvələri endirib

BAKI, 9 aprel — Sputnik. Suriyanın "T-4" kimi bilinən "Tayfur" (Tifor) aerodromuna aviazərbəni İsrailin Hərbi Hava Qüvvələri endirib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi xəbər verib.

Qeyd olunur ki, hücum bazar ertəsinə keçən gecə Moskva vaxtı ilə saat 03:25-03:53 radələrində baş verib.

Raket zərbəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Bəşər Əsədin tabeçiliyindəki hərbi bazaya raket zərbələri endirildi

"İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki F-15 təyyarəsi Suriyanın hava məkanına daxil olmadan, Livan ərazisindən 8 uzaqdan idarəolunan raket zərbəsi endirib", — deyə Nazirlik bildirib.

Rusiya hərbçilərinin bildirdiyinə görə, raketlərdən üçü aerodromun qərb hissəsinə düşüb. Digər beşini isə Suriya Hərbi Hava Hücumundan Müdafiə Qüvvələri vurub. Hücum zamanı rusiyalı hərbi müşavirlərdən xəsarət alan olmayıb.

Xatırladaq ki, fevral ayında israillilər T-4 bazasını bombalamışdılar. Həmin bazada İranın pilotsuz uçan aparatlarının idarəetmə məntəqəsi yerləşirdi. O zaman yerdən atılan atəş nəticəsində F-16 qırıcısı vurulmuşdu. Həmin vaxt uçuşda iştirak edən pilot və şturman katapult edə bilib. HHQ-nə aid təyyarənin vurulmasına cavab olaraq, İsrail Dəməşqdəki bir sıra obyektlərə, eləcə də Hərbi Hava Hücumundan Müdafiə Qüvvələrinin dəstəsinə zərbə endirib.

Qeyd edək ki, "RİA Novosti"nin yazdığına görə, raket zərbələri nəticəsində iranlı müşavirlər də daxil olmaqla 14 hərbçi həlak olub. Ölənlərin 12-si suriyalı hərbçi, ikisi isə İrandan olan hərbi müşavirlərdir.

Əlavə edək ki, hücumla bağlı bir amerikalı səlahiyyətlidən açıqlama da gəlib. Açıqlamada bildirilib ki, Suriyada Əsədə aid bazaya ABŞ-ın hücum etməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Xəbər lenti
0