İmtahan

Abituriyentlərin gözlədiyi tarix açıqlandı

76
(Yenilənib 11:10 09.04.2018)
Qeyd edək ki, aprelin 29-da keçiriləcək növbəti sınaq imtahanına qeydiyyat isə 24 aprel saat 10:00-dək aparılacaq

BAKI, 9 aprel — Sputnik. Aprelin 15-də keçiriləcək sınaq imtahanına qeydiyyat başa çatır. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 15-də keçiriləcək sınaq imtahanına qeydiyyat başa çatır. Sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır. Sınaq imtahanına qeydiyyat 10 aprel saat 10:00-dək aparılacaq. 

Sınaq imtahanının 18 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur. Nəzərinizə çatdırırıq ki, imtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdirilib.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Hesab" bölməsində "Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı" > "Sınaq imtahanının növü" > "Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı" ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edibeservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Qeyd edək ki, aprelin 29-da keçiriləcək növbəti sınaq imtahanına qeydiyyat isə 24 aprel saat 10:00-dək aparılacaq.

76
Teqlər:
sınaq imtahanı, Dövlət İmtahan Mərkəzi, imtahan, abituriyent
Əlaqədar
Diqqət: Yeni sınaq imtahanı keçiriləcək
Azərbaycanda 15 mindən çox abituriyent sınaq imtahanı verir
TQDK rezidenturaya hazırlaşanlar üçün online sınaq imtahanı keçirir
Bu gün 23 mindən çox abituriyent imtahan verəcək
Dövlət İmtahan Mərkəzi vətəndaşları xəbərdar edir
Bu gün Azərbaycanda on minlərlə şagird imtahan verir
Bazar günü imtahan verəcək şagirdlərin sayı açıqlandı