Raket zərbəsi, arxiv şəkli

Bəşər Əsədin tabeçiliyindəki hərbi bazaya raket zərbələri endirildi

114
(Yenilənib 11:05 09.04.2018)
Suriyanın Homs vilayətində rejimə aid "Tiyas" hərbi bazasına raket zərbəsi endirilib - ölən və yaralananlar var

BAKI, 9 aprel — Sputnik. Suriyanın Homs vilayətində rejimə aid "Tiyas" hərbi bazasına raket zərbəsi endirilib. Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, məlumatı Suriya dövlət televiziyası yayıb. 

Xəbərə görə, hava bazası yaxınlığında şiddətli partlayış səsləri eşidilib, ölən və yaralananlar var. Suriya qüvvələri hücuma qarşılıq verib.

Hücum ilə bağlı bir amerikalı səlahiyyətlidən açıqlama da gəlib. Açıqlamada bildirilib ki, Suriyada Əsədə aid bazaya ABŞ-ın hücum etməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyada baş verən və 78 nəfərin həyatını itirməsinə səbəb olan kimyəvi hücumdan sonra sərt bəyanatlar vermişdi. Tramp açıqlamasında Əsədin bunun əvəzini ağır ödəyəcəyini bildirmişdi.

Onu da bildirək edək ki, Ağ Ev Şərqi Quta əyalətinin Duma yaşayış məntəqəsində kimyəvi silahdan istifadə edilməsindən sonra Suriyaya qarşı hərbi əməliyyatı istisna etmir. Bunu Ağ Evin təhlükəsizlik və terrorla mübarizə üzrə müşaviri Tomas Bossert bildirib.

114
Teqlər:
Tramp, zərbə, Bəşər Əsəd, raket, Suriya, hərbi baza, ABŞ
Əlaqədar
ABŞ Suriya ilə bağlı qərarını verdi
İsraildən gecikmiş Suriya etirafı
Politoloq İranın Suriya siyasətindəki pərdəarxası məqamlarını izah edir
İran Suriya barədə xəbərdarlıq etdi
Suriya ordusuna hücumdan sonra Pentaqondan maraqlı açıqlama
Suriya İsrailin döyüş təyyarəsini vurdu
Suriya probleminin həlli yolunda mühüm addım atıldı
Suriya səmasında toqquşma: Amerika təyyarəsi Rusiya qırıcısına atəş açıb