Təcili tibbi yardım

Xırdalanda direktor müavini intihar edib

357
(Yenilənib 14:40 06.04.2018)
Gənc qadının meyiti yaşadığı evin çardağından asılmış vəziyyətdə tapılıb

BAKI, 6 aprel — Sputnik. Xırdalanda musiqi məktəbinin direktor müavini intihar edib. Bu barədə Sputnik Azərbaycan-a Abşeron rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, aprelin 5-də gündüz saatlarında Xırdalan şəhəri, Əhmədov küçəsində yerləşən 1 saylı evin çardağında 1988-ci il təvəllüdlü Ağalarova Nərmin Elman qızının cəsədi asılmış vəziyyətdə tapılıb. Hüquq-mühafizə orqanları hadisəni intihar faktı kimi qeydə alıb.

Hələlik intiharın səbəbləri müəyyən edilməyib. Sadəcə o məlumdur ki, Ağalarova Nərmin Niyazi adına 22 saylı musiqi məktəbinin direktor müavini işləyib. Onun iki azyaşlı övladı var.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

357
Teqlər:
direktor müavini, musiqi məktəbi, Xırdalan şəhəri, intihar
Əlaqədar
Əlli yaşlı qadın intihar etdi
Özünü hamamda asaraq intihar edib
Şamaxıda 17 yaşlı nişanlı qız intihar etdi
Cəlilabadda nişanlı gənc intihar etdi
"Koroğlu"da dəhşətli intihar: Gənc qadın körpüdən tullandı - FOTO
Şəkidə dəhşətli intihar hadisəsi baş verdi
Qazaxıstan bayrağı, arxiv şəkli

Qazaxıstandan Azərbaycana qardaş dəstəyi

0
(Yenilənib 15:02 20.01.2021)
20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Qazaxıstan səfirliyi Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

BAKI, 20 yanvar — Sputnik. 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Qazaxıstan səfirliyi Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Qazaxıstan səfirliyinin "Facebook" səhifəsində yerləşdirilib.

"20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Qazaxıstan səfirliyi Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir və azadlıq naminə həlak olmuş günahsız qurbanların əziz xatirəsini ehtiramla yad edir", - deyə məlumatda bildirilib.

0
Müharibə iştirakçılarının reabilitasiyası

Şəhid müharibə iştirakçılarının ailələrinə dəstək davam edir

3
(Yenilənib 15:07 20.01.2021)
3200-dən çox şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

BAKI, 20 yanvar — Sputnik. Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər, erməni terroruna məruz qalanlardan ibarət olmaqla artıq 3200-dən çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan kateqoriyalara aid 2500 ailə ilə görüşülüb, psixoloqlardan ibarət qruplar tərəfindən onlardan ehtiyacı olan 1840 ailə ilə fərdi və ailə terapiyası, psixokorreksiya işləri aparılıb. Həmçinin "Onlayn psixoloji dəstək xidməti"nə daxil olmuş 610 zəng üzrə evlərinə gedilməklə psixoloji dəstək tədbirləri görülüb. Eyni zamanda, Nazirliyin reabilitasiya müəssisələrində 20-si şəhidlərin və yaralı hərbçilərin uşaqları, qalanları hərbi qulluqçular olmaqla 300-dən çox şəxsə, Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə olunanlardan 28 hərbi qulluqçuya sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.

125 hərbi qulluqçu 530-dan çox reabilitasiya vasitəsi, 7 nəfər yaralanmış qazi əlil arabası, 6 hərbçi yüksək texnologiyalı 8 müasir protezlə təmin edilib.

3