SMS yazan adam, arxiv şəkli

Sevgilisini həddindən çox sevdiyinə görə həbsxanaya düşdü

462
(Yenilənib 10:37 06.04.2018)
Fransada beş ayda keçmiş sevgilisinə 4500 mesaj yazan kişi həbs edilib.

BAKI, 6 aprel — Sputnik. Fransada beş ayda keçmiş sevgilisinə 4500 mesaj yazan kişi həbs edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Fransa məhkəməsi sevgilisi ilə ayrılığa dözə bilməyərək ona çoxsaylı mesaj göndərən kişini mühakimə edib.

Məlumata görə, kişi 2017-ci ilin sentyabrından 2018-ci ilin fevralına qədər keçmiş sevgilsinə 416 dəfə zəng edib, 317 mms və 4252 mesaj yazıb.

Rədd edilmiş kişi keçmiş sevgilisini görmək üçün fevralın 22-də onun evinə gedib, onu yatağa uzadıb və əllərini tutaraq polis çağırmağa imkan verməyib. 

"O, mənim üçün yaranıb. İsa Məsih kimi dekabrın 25-də dünyaya gəlib. Mən ona heyranam" — deyə təqsirləndirilən şəxs məhkəmədə bildirib.

Hakim isə deyib ki, "məhəbbət əzabı olduqca geniş yayılsa da, bu, artıq zorakılıqdır". Təqsirləndirilən şəxs isə öz növbəsində deyib ki, "hisslərim məndən güclü çıxdı".

Məhkəmənin qərarına görə, ehtiraslı fransız 1,5 il müddətinə azadlıqdan məhrum edilib. Bu müddətin 6 ayını o, şərti olaraq çəkəcək. Bununla yanaşı, ona bipolyar pozğunluqdan müalicə alması tövsiyə olunub və sevgilisinə yaxınlaşmaq qadağan edilib.

462