AZAL

Lənkərandan Moskvaya birbaşa təyyarə reysi açılır

70
(Yenilənib 14:37 03.04.2018)
Reyslər "Airbus A320" təyyarələri ilə hər həftənin cümə günləri yerinə yetiriləcək

BAKI, 3 aprel — Sputnik. İyunun 8-dən etibarən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reysləri açılacaq. Bu barədə Sputnik Azərbaycan-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib. 

AZAL təyyarəsi
© Sputnik / Murad Orujov

Bildirilib ki, reyslər "Airbus A320" təyyarələri ilə hər həftənin cümə günləri yerinə yetiriləcək. "Vnukovo" Beynəlxalq Aeroportundan (VKO) uçuş yerli vaxtla saat 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna eniş yerli vaxtla saat 14:10-da, Lənkərandan uçuş yerli vaxtla saat 15:40-da, Moskvaya eniş yerli vaxtla saat 17:50-də olacaq.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür. Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

E-mail: callcenter@azal.az

Qeyd edək ki, yay cədvəli çərçivəsində Moskvaya Azərbaycanın digər bölgələrindən də — Gəncə (aprelin 13-dən) və Qəbələ (iyunun 4-dən) AZAL-ın reysləri yerinə yetiriləcək. Bu istiqamətlər üzrə reyslər Rusiyanın turizm şirkətləri ilə birgə tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilir.

Bundan başqa, ilk milli loukoster "Buta Airways" Gəncədən Moskvaya birbaşa reyslər həyata keçirir.

70
Teqlər:
aviabilet, Lənkəran Beynəlxalq Aeroportu, "Azərbaycan Hava Yolları" QSC, AZAL
Əlaqədar
AZAL uçur və həm də "uçur"
AZAL-ın işində nöqsanlar tapıldı, Milli Məclisə məlumat verildi
AZAL böyük endirim etdi
AZAL-dan sərnişinlərə "sürpriz"
AZAL əhaliyə müraciət etdi: ehtiyatlı olun
AZAL "Aeroflot"dan izahat tələb edəcək