Əvvəlcə gülsatanı, sonra həkimi qanına qəltan etdi

CC0 / AlbanyColley / BulldogBuldoq, arxiv şəkli
Buldoq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimi itin pəncəsindən ancaq polisin atəş açması qurtarıb

BAKI, 3 aprel — Sputnik. İzmirdə gülsatan qadın “Buldoq” cinsindən olan itin hücumuna məruz qalıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, martın 30-da İzmirdə gül mağazası işlədən qadın Təcili Yardıma müraciət edərək, itin hücumuna məruz qaldığını bildirib. Hadisə yerin gələn həkimlər bədənin müxtəlif yerlərindən zədə almış qadına baxan zaman qadının yanında sakit dayanan it həkimlərə də hücum edib. Həkim təcili yardım avtomobilinə minsə də, it həkimin arxasınca cumaraq onu qapıb. Həkimi itin pəncəsindən ancaq polisin atəş açması qurtarıb. Hətta yaralı halda belə, həkimə hücum edən it sahibi gələndən sonra sakitləşib.

Müayinə və müalicədən sonra həkim polisə müraciət edərək, itin sahibindən şikayət yazıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Xəbər lenti
0